Əsas Səhifə > Mədəniyyət > Qazaxbəyli kənd tam orta məktəbin şagirdləri də "Açıq dərs”də iştirak ediblər

Qazaxbəyli kənd tam orta məktəbin şagirdləri də "Açıq dərs”də iştirak ediblər


4-12-2019, 20:54


Ulu Öndər Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin təbliğ olunması məqsədilə Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs”lər uğurla davam etdirilir. Noyabr-dekabr aylarını əhatə edən layihədə rayon məktəblərinin yuxarı sinif şagirdləri iştirak edir.

Bugünkü "Açıq dərs”in iştirakçıları isə Milli Qəhrəman Alı Mustafayevin adını daşıyan Qazaxbəyli kənd tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri olub. Məktəblilər əvvəlcə Mərkəzin Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin hər bir dövrünü özündə əks etdirən eksponatlarla zəngin olan ekspozisiya zalı ilə tanış olublar.

Sonra məktəbin tarix müəllimi Elşən Qocayev tərəfindən oxunan "Müqəddəs missiya” adlı mühazirədə qeyd olunub ki,Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiləşdirilməsinə yönəlmiş fenomenal siyasi kursu ölkədə ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı təmin etməklə yanaşı xalqımızın xoşbəxt gələcəyinə ünvanlanmışdı. Odur ki, Heydər Əliyev fenomenal qabiliyyətə malik böyük siyasətçi, millətinin dahi lideri kimi Azərbaycanın gələcəyini fikirləşərək çox böyük işlər gördü və xalqının qəlbində əbədilik qazandı.

Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb və şagirdlərdən Türkan Mirzəliyeva və Vilayət Qocayev xüsusilə fərqlənib. Dərsdən sonra  mühazirədə əhatə olunan dövrləri özündə əks etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.





 

GOYEZEN.AZ


Geri qayıt