• Təqvim

  • Maraq



Vətəndaşların müraciəti yerində araşdırılıb


Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Dövlət başçısının, Birinci vitse-prezidentin xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun bariz nümunəsidir.  

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və  həlli nəzarətə götürülür.

Ən önəmlisi də odur ki, keçirilən qəbullardan sonra rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən qəbullar zamanı edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Mayın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazax şəhəri Şəhidlər Xiyabanı 12,14 və Azadlıq 92 saylı binalarda yaşayan sakinlərlə keçirilən səyyar görüşü zamanı edilən hər bir müraciətə həssaslıqla yanaşılıb. 

Qazax şəhəri Şəhidlər Xiyabanı 12 saylı binada yaşayan Şakirova Validə Rüstəm qızının və 14 saylı binada yaşayan Əliyev Seymur Şahin oğlunun yaşadıqları binaların zirzəmisində olan bir sıra nöqsanlar barədə etdikləri müraciətlər yerində araşdırılıb. 

Qazax Mənzil İstismar Sahəsinin əməkdaşlarının və həmin sakinlərin birgə iştirakı ilə sözügedən binaların zirzəmilərinə yenidən baxış keçirilib və hər hansı bir nöqsan olmadığı aşkar edilib. Həmçinin, binaların zirzəmilərində mütəmadi olaraq təmizlik işlərinin aparıldığı vətəndaşların diqqətinə çatdırılıb.

Vətəndaşlar onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



Facebook-da paylaş