Prezident İlham Əliyev: “Şuşa bizim tarixi şəhərimizdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 16-da Türkiyənin "A Haber” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibə zamanı səsləndirdiyi fikirlərdən
bir hissəsini təqdim edirik. Ermənistan hərbi cinayət törədir. Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə
uğrayanda mülki şəxslərə atəş açırlar. Bu birinci Qarabağ savaşında da müşahidə
edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu,
insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir.
Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə
bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Mülki şəxslər arasında insan itkisi davam edir, Azərbaycan ordusu heç
zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə,
Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar
və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın
qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda
qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsidir. Ermənistan məğlub olduğunu görüb atəşkəs
istədi. Ermənistan görəndə ki, artıq döyüş meydanında
işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər.
Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da
bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi
üçün atəşkəs elan oluna bilər. Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən
istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər.
Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi
kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır. Ermənistan ordusu müharibədə qısa zamanda əridi,
yox oldu. Ermənistan itkiləri hər
gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət
kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv
edilib. Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin
16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan
ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir. Ermənistan muzdlu döyüşçülər gətirir. Hərbi əməliyyatlar başlamadan əvvəl məlumat var idi
ki, PKK-çılar orada düşərgə qurub. Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi.
Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Ona görə orada
qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və
PKK düşərgələri də mövcud idi. Ermənistan müharibə coğrafiyasını genişlətməyə
çalışır. Azərbaycan öz torpağında
özünü müdafiə edir və işğalçıları qovur. Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz
yoxdur. Ancaq, eyni zamanda, Ermənistan ərazisindən Azərbaycana qarşı
"Toçka-U”, "İsgəndər”, "Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə
davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan
vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər
kəs bilsin. Ermənistan Azərbaycanın təbii sərvətlərini
talan edirdi. Kəlbəcərin qızıl
yataqlarını onlar qanunsuz olaraq oranı istismar edirlər. Oradan çıxarılan
qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii
qaynaqları, torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırdılar. Ona
görə burada bir çox hədəflər var. Əsas məqsədləri bu torpaqları əbədi Ermənistanın
tapdağı altında saxlamaq idi. Onlar buna da nail ola bilmədilər. Paşinyan Sorosun adamıdır və Rusiyaya
qarşıdır. Ermənistanda çevrilişin
təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan, əslində, hər
zaman anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə
idi. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın "Qazprom” şirkətinə, dəmir
yolu şirkətinə cinayət işi açdı. Status-kvo artıq yoxdur, Azərbaycan
status-kvonu dəyişdi. Status-kvo
torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun
həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama
vermişdirlər ki, status-kvo qəbuledilməzdir. Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir.Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir.
Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi.
Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək
göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı. Ancaq hərbi
dəstəkdən söhbət gedə bilməz. Həmsədr ölkələr tərəfsizliklərini
qorumalıdır. Fransa həmsədr kimi bitərəf
olmalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik
artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət
qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə
kimi Fransanın addımları və yanaşması müsbətdir. Rusiya Prezident ofisindən verilən açıqlama tamamilə əsaslıdır. Hər
iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu
gün fəal münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir. Qonşu ölkələr tərəfsizliyi qoruyur. İran və Gürcüstan öz hava məkanını və quru
yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə İran və
Gürcüstan hökumətlərinə bir daha təşəkkür edirik. Türkiyə böyük bir bölgə dövlətidir. Türkiyənin gücündən narahat olan dairələr var.
Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan
qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə
nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını,
öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini
bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. De-fakto Türkiyə artıq müzakirə
masasındadır. Bu, reallıqdır. Bu gün
Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir.
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər
nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları
ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə.
Ona görə Türkiyə de-fakto buradadır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir.Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə
möhkəmlənir. Keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə,
eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən
yüksək səviyyədədir. Buna baxmayaraq Türkiyənin Azərbaycanda hərbi baza
yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır. Rəcəb Tayyib Ərdoğan dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli,
qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər,
haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin
içində də bəzi siyasi qüvvələr tərəfindən. Bu gün Türkiyəni onun kimi sevən,
onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur
Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri,
onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk
dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra
da böyük səylər göstərəcəyik. Yeni zəfər müjdələrinə doğru uğurla irəliləyirik.Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan
Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır. Şuşanın Azərbaycan
xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət
ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Şəhidlərimiz ümummilli kədərimizdir. Prezident İlham Əliyevi ən çox kədərləndirən Azərbaycanın
itkiləridir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz
fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu,
böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük
faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların
hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır. Azərbaycan xalqının iradəsi sarsılmazdır. Azərbaycan xalqı iradəlidir, mərmi altında yaşayan
insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir. İndiki Azərbaycan
o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir
dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır,
malları batır, amma deyirlər ki, təki "Vətən sağ olsun!”. Azərbaycan ordusunun döyüş hazırlığı öyrənilir.Bu gün Azərbaycan ordusunun potensialı bütün
dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də
artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda
da əksini tapacaq. Qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu
gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin
xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bilir. Türkiyə istehsalı olan
SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv
edildi. Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə
gedir. Prezident İlham Əliyev hər zaman Ulu Öndərin
yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə
seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən
Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə
gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev
yolunun davamıdır. Milli həmrəylik ölkəmizdə çox güclüdür. Ərazi bütövlüyümüzün bərpası bir nömrəli
vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir - siyasi, iqtisadi,
diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ
var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid
qarşısında birləşməliyik. GOYEZEN.AZ
Facebook-da paylaş