Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 13-də Türkiyənin "Haber Türk” televiziya kanalına müsahibə verib.
Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi
yayımlanıb. Dövlətimizin başçısının müsahibə zamanı səsləndirdiyi fikirlərdən
bir qismini təqdim edirik. Ermənistan döyüş
meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın
insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı
bunu Xocalı soyqırımının timsalında görmüşdür. Ermənistan münaqişənin
coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını
münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını,
mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər. Bu, Ermənistanın növbəti terror aktıdır.Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə
qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan
bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq. Türkiyə hər zaman
olduğu kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəklədi. Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin
açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan Azərbaycanın
haqq işini dəstəklədi.Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama
vermişdir. Atəşkəs imkan verəcək
ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə
keçsin. Atəşkəs
imkan verəcək ki, bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll
olunsun. Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan
vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ermənistanın
planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini
bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər
və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar
yanıldılar. Moskva
anlaşmasında Azərbaycanın maraqlarına cavab verən maddələr qane edici idi. Moskva müzakirələrinin uzun çəkməsinin
səbəbi o idi ki, Azərbaycan üçün məqbul
olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bundan xəbərimiz yox idi.
Xarici İşlər naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər
iki nazirə təkliflər verildi. Təqvimlə əlaqədar
mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə
zaman? Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr
baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal
altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir. Danışıqlar formatı
dəyişməz olaraq qalır.Yəni, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma "Dağlıq
Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı
müzakirə mövzusu deyil. Ermənistanın
hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir
ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana
mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan
halda, bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın
ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Minsk qrupuna həmsədrlik
edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə "Tərəfdaşlıq
prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə,
suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən
inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Birinci mərhələdə
işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Bu məsələ artıq Minsk qrupu çərçivəsində
təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın
özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar
yaşayıb, - Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi
ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində.
Artıq sülhə daha da yaxınlaşırıq. Qarabağda yaşayan
ermənilərlə əlaqədar mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın
müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və
onlar vətəndaşımızdır. Ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin
gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar.
Onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı
yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı
daha da artacaq. Hər bir müharibə
sülh ilə nəticələnir.Ona görə, indi müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Əgər hər iki tərəfdə
güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə,
buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq çalışmalıyıq
ki, buna nail olaq. Bu gün Azərbaycan
tam başqa bir ölkədir!Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi,
həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də
bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var,
güclü ordumuz var. Xain hücumlar zərrə
qədər də yolumuzdan döndərə bilməz! Ermənistanın digər bir məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn
edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Heç kim dayandıra bilməz. Çünki
haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı
qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!. İcazəmiz olmadan hər
hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz! Sülhməramlıların bölgəyə göndərilməsi
hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Əgər
hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan
ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə
Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. İcazəmiz
olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz. Bu, qanuna
ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir!. Sülhməramlıların göndərilməsi ən son mərhələdə
nəzərdə tutulur. Yəni, ilk növbədə, torpaqların boşaldılması, məcburi
köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin
qurulması lazımdır. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil.
Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində müsbət nəticəyə
yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə
bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı
olmadan bu, mümkün deyil. Minsk qrupunun tərkibi
dəyişməlidir.Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu
bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu
bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur. De-yure ya da
de-fakto Türkiyə masada olmalıdır. Qardaş Türkiyəni bu prosesdə görürük və alqışlayırıq. Minsk qrupu
ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin
yəqin ki, hüquqi prosedurları var. De-yure ya da de-fakto, fərq etməz. Əsas
odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Paşinyan özünü
itirib, panikaya düşüb. Paşinyan Rusiyanın Prezidenti hörmətli Vladimir Putinə bir gündə dəfələrlə
zəng etmişdir. O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi
isə verilmədi. Son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir.
Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş
içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə
sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər. Türkiyə hərbi əməliyyatlarda
iştirak etmir. Türkiyənin
burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi
tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər,
təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir,
havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir
insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O,
atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmədi. Ermənistanda əcnəbi
terrorçular var.PKK-nın düşərgələri var orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri
var. Bölgəni işğalçılardan təmizləyəndən sonra Dağlıq Qarabağdakı düşərgələri də
məhv edəcəyik. Başqa ölkənin vətəndaşı gəlib Azərbaycana qarşı müharibə aparır.
Bunlar muzdlulardır. Türkiyə
qardaşımızdır. Türkiyə
Azərbaycana hərbi yardım edir. Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən
də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa
ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi
sənaye kompleksi var. Son iki həftə ərzində
Ermənistanın 200-dən çox tankı məhv edildi, Erməni ordusuna çox böyük zərər vuruldu, 33
tank qənimət götürüldü. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35
məhv edildi. 200-dən çox tank, 2 "S-300” hava hücumuna qarşı qurğu, bir çox
başqa texnika sıradan çıxarıldı. TOR, KUB, KRUQ, yük avtomaşınları, tank əleyhinə
silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən
texnika 1-2 milyard dollar dəyərindədir. Ermənistan sürətlə
silahlanır. Tovuz
bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən
başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Rusiyanın Ermənistanda
hərbi bazası var, 5 min əsgər var orada. Ermənistanın İranla və Türkiyə ilə sərhədini
Rusiya sərhədçiləri mühafizə edir. Ermənistandan
hər şey gözləmək olar. Tovuz bölgəsində iyul ayında baş vermiş
toqquşmaların səbəblərindən biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da
ki, onu nəzarət altına almaq. Məhz elə ona görə onlar ərazimizə girib yeni
torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar. Hər bir rəhbər, hər
bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi.
İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur.
Paşinyan küçədən gələn bir adamdır. Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda
bu gün diktatura tam hökm sürür. Beynəlxalq müstəvidə,
ənənəvi müttəfiqlərlə problem yaşandı. Rusiya ilə, Belarus ilə, digər ənənəvi
müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Təşkilatın nizamnaməsində yazılıb ki, əgər
hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr bunun gərək canını
qurtarsın. Soros Paşinyanı idarə
edir. Ermənistanda
baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir. Evləri dağılmış insanların
problemləri həll ediləcək. Onlar heç narahat olmasınlar. Bu məsələ mütləq həll ediləcək və Azərbaycan
xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu
get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, nəzarətdədir. Bu hadisə Azərbaycan
xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Vətəndaş deyir ki, evim də
batsın, malım da batsın, təki Qarabağ alınsın və hamımız bu amalla yaşayırıq. Bu
nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa
yox? Buna son qoyuruq və qoyacağıq. İndiki mərhələdə
yalnız irəli getməliyik. Ermənistana şans verdik. Atəşkəsə razı olmaya da bilərdik. Kim məcbur
edə bilərdi?! Heç kim. Bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar
ölməsinlər. Onlar da yazıqdırlar. Sülh yolu ilə
oraya qayıdacağıq.Bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə.
Ona görə Ermənistana şans verildi, atəşkəsi qoru, onu pozma, masa arxasına
otur, bu məsələni həll et, torpaqlarımızı ver. Azərbaycan ilə
hesablaşacaqlar. Onsuz
da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da
artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm
Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan
birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli
sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların
ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu
anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil,
Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də
başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. 8 kəndimiz düşmən
işğalından azad olundu! Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Rəşadətli
Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu,
Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Oktyabrın 14-dəbu barədə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev özünün rəsmi "Twitter” səhifəsində də yazıb. GOYEZEN.AZ
Facebook-da paylaş