• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı şəhərdə aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb


Xəbər verdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazaxda böyük layihələrdən olan Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Təqdirəlayiq hal isə odur ki, şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni zamanda işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri də həyata keçirilir. Ən əsası da rayon rəhbərliyi tərəfindən görülmüş işlərin keyfiyyətlə aparılmasına daim nəzarət olunur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Hydrotechnical Construction Company” MMC-nin direktoru Fəqani Əkbərov və digər aidiyyəti şəxslərlə birlikdə su-kanalizasiya xəttinin çəkilişi aparılan və yeni asfalt vurulacaq Heydər Əliyev prospektində görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən bütün işlərin keyfiyyətlə yerinə yetirilməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verib.

 

Məlumat üçün qeyd edək ki, görülmüş işlər nəticəsində artıq şəhərin Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn küçələrinə yeni asfalt vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərə təqdim edilib. 

Hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq. Həmçinin, Bakı, Zeynalabdin Tağıyev küçələrində səkilərə yeni tamet döşənir, bardür düzülür.

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda aparılan quruculuq işlərini razılıq hissi ilə qarşılayan rayon sakinləri görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 

 Yeni tamet vurulan Heydər Əliyev prospekti






GOYEZEN.AZ



Facebook-da paylaş