Sərhəd kəndi Kəmərlidə vətəndaşın müraciətinə yerində baxılıb
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü
dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra
hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərlərini qəbul edərkən öz çıxışlarında dövlət məmurları haqqında söylədiyi
fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün
kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını,
problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə
verdiyi tapşırıq və tövsiyələr dövlət məmurlarının üzərinə böyük məsuliyyət qoymaqla
yanaşı, müstəqil dövlətimizin yürütdüyü uğurlu siyasətin təməlində hər zaman
vətəndaş amilinin dayandığını bir daha sübut edir. Bu gün tam əminliklə dəyə bilərik ki, ölkə rəhbərinin
vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da hiss olunur. Vətəndaş
amili rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Son illər rayon
rəhbərinin sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və
qayğı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı
səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı
ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan
məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan
nə varsa edilməsi bu dediklərimizin bariz nümunəsidir. Vətəndaşlara olan diqqət
və qayğı sayəsində bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış
müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla
yanaşılacağına inanır. Ağsaqqal Rəhim Rəhimov.
Cavanşir Kərimov və başqaları vətəndaşlara göstərilən diqqətə, qayğıya görə kənd
sakinləri adından ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. R.Rəhimov
onun müraciətinə belə həssaslıqla yanaşıldığına görə rayon rəhbərinə razılığını
ifadə edib. GOYEZEN.AZ
Rayon rəhbərinin sərhəddə yaşayan sakinlərə hər
zaman qayğı ilə yanaşması görülən bütün işlərdə real əksini tapır. Dünən Kəmərli kənd
sakini, ağsaqqal Rəhimov Rəhim Məcid oğlunun subartezian quyusunda suyun az olması və 1 ədəd su
çəninin qoyulması barədə etdiyi müraciətinə bu gün yerində baxılması, məsələnin elə
yerindəcə müzakirə olunması sərhəddə yaşayan sakinlərə olan qayğının bariz
nümunəsidir.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Suvarma
Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal
İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov və digər aidiyyəti şəxslərlə
birlikdə Kəmərli kəndində
olub, mövcud vəziyyəti yerində öyrənib.
Sakinləri diqqətlə dinləyən icra başçısı qeyd
olunan məsələnin aradan qaldırılması və vətəndaşların su təminatının yaxşılaşdırılması
məqsədilə subartezian quyusunun yerləşdiyi ərazidə onların istəyinə əsasən 1
ədəd su çəninin qoyulması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını
verib.
Facebook-da paylaş