Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndi Kəmərlidə vətəndaşın müraciətinə yerində baxılıb

Sərhəd kəndi Kəmərlidə vətəndaşın müraciətinə yerində baxılıb


2-09-2020, 22:00


Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr dövlət məmurlarının üzərinə böyük məsuliyyət qoymaqla yanaşı, müstəqil dövlətimizin yürütdüyü uğurlu siyasətin təməlində hər zaman vətəndaş amilinin dayandığını bir daha sübut edir.

Bu gün tam əminliklə dəyə bilərik ki, ölkə rəhbərinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da hiss olunur. Vətəndaş amili rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Son illər rayon rəhbərinin sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bu dediklərimizin bariz nümunəsidir. Vətəndaşlara olan diqqət və qayğı sayəsində bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına inanır.

Rayon rəhbərinin sərhəddə yaşayan sakinlərə hər zaman qayğı ilə yanaşması görülən bütün işlərdə real əksini tapır. Dünən Kəmərli kənd sakini, ağsaqqal Rəhimov Rəhim Məcid oğlunun subartezian quyusunda suyun az olması və 1 ədəd su çəninin qoyulması barədə etdiyi müraciətinə bu gün yerində baxılması, məsələnin elə yerindəcə müzakirə olunması sərhəddə yaşayan sakinlərə olan qayğının bariz nümunəsidir.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov və digər aidiyyəti şəxslərlə birlikdə Kəmərli kəndində olub, mövcud vəziyyəti yerində öyrənib.

Sakinləri diqqətlə dinləyən icra başçısı qeyd olunan məsələnin aradan qaldırılması və vətəndaşların su təminatının yaxşılaşdırılması məqsədilə subartezian quyusunun yerləşdiyi ərazidə onların istəyinə əsasən 1 ədəd su çəninin qoyulması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.  

Ağsaqqal Rəhim Rəhimov. Cavanşir Kərimov və başqaları vətəndaşlara göstərilən diqqətə, qayğıya görə kənd sakinləri adından ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. R.Rəhimov onun müraciətinə belə həssaslıqla yanaşıldığına görə rayon rəhbərinə razılığını ifadə edib.

GOYEZEN.AZ


Geri qayıt