İcra başçısı Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində görülən işlərlə tanış olub
Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə Prezident
İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın qayğısı sayəsində bütün sahələr kimi
mədəniyyət sahəsinin tərəqqisi, inkişafı da daim diqqət mərkəzində saxlanılır.
Son illər istər paytaxtda, istər ölkənin böyük şəhərlərində, istərsə də rayon
mərkəzlərində yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, neçə-neçə
mədəniyyət obyektlərinin əsaslı təmir olunması, müasir İncəsənət Mərkəzlərinin
istifadəyə verilməsi, mədəniyyət müəssisələrinin sayının ildən-ilə artması bu
sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da
istər ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə
olan qayğı diqqət mərkəzindədir. Ötən yazılarımızda da məlumat verdiyimiz kimi
artıq iki aydır ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən
rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq
Musiqi Məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu, dövlətimiz
tərəfindən qazaxlılara, ziyalılarımıza, xüsusilə də musiqi sahəsində çalışan
insanlara, bu sahə ilə məşğul olan gənclərimizə olan diqqət və qayğı deməkdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində olub, görülən işlərlə maraqlanıb. İş icraçısı Etibar Məmmədov hazırda görülən
işlər barədə məlumat verərək otaqlarda astar-üzlük, binanın xarici fasadında
isə lazımi hissələrə aqlay vurulduğunu qeyd edib. Görülən işlərlə yaxından tanış
olan rayon rəhbərliyi bütün işlərin keyfiyyətlə aparılmasını bildirib və
tapşırıqlarını verib. Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli Uşaq
Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada
fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin
ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin
balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri
otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar,
kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər
müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya
musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka,
1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə
olunur.
GOYEZEN.AZ
Facebook-da paylaş