İcra başçısı mərkəzi xəstəxanada görülən işlərlə maraqlanıb
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul
işçisi Orxan Mürsəlovla birlikdə mərkəzi xəstəxanada görülən işlərin hazırki
vəziyyəti ilə maraqlanıb. Qeyd edilib ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon
mərkəzi xəstəxanasının tikintisi sürətlə davam etdirilir. Belə ki, 10 korpusdan
ibarət olan xəstəxananın 5 korpusu ötən il inşa olunaraq tam hazır vəziyyətə
gətirilib. Hazırda qalan 5 korpusun tikintisi isə uğurla həyata keçirilir. İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə
ətraflı məlumat verərək mərkəzi
xəstəxananın qalan 5 korpusunda - Gigiyena və Epidemiologiya
Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya, yoluxucu
xəstəliklər şöbələrinin yerləşəcəyi korpuslarda əsas işlərin xeyli hissəsinin
görüldüyünü bildirib. Rayon rəhbərliyi hazır olan korpuslardakı mövcud
vəziyyətlə də tanış olublar. Diqqətə çatdırılıb ki, hazırda avadanlıqların tam
şəkildə yerləşdirilməsinə başlanılıb. Bunun üçün lazım olan bütün yeni
avadanlıqlar da gətirilib. Məlumat üçün bildirək ki, 10 korpusdan əlavə binanın
ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos
stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib
ki, onlar da tam hazırdır.
GOYEZEN.AZ
Facebook-da paylaş