Mərkəzi xəstəxanada korpuslarda əsas işlərin xeyli hissəsi görülüb
Ötən yazılarımızda da məlumat verdiyimiz ki, Qazaxda 2,6 hektar
sahədə inşa olunan 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi
sürətlə davam etdirilir. 10 korpusdan ibarət olan xəstəxananın 5 korpusu ötən
il inşa olunub. Bu il isə qalan 5 korpusun tikintisi uğurla davam etdirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd
Alıyev mərkəzi xəstəxananın tikintisi ilə tanış
olub, görülən işlərlə maraqlanıb. İş icraçısı
Calal Əfəndiyev görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, ötən
il özül hissələri tökülmüş qalan 5 korpusun - Gigiyena və Epidemiologiya
Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin
yerləşəcəyi korpuslarda əsas işlərin xeyli hissəsi görülüb. Demək olar ki, son
tamamlanma işləri aparılır. Yoluxucu xəstəliklər şöbəsində də zirzəmi hissənin
beton işləri yekunlaşıb, əsas binada isə bu iş davam
edir. Məlumat üçün
onu da qeyd edək ki, 10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr
olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator
stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, tam hazırdır.
GOYEZEN.AZ
Facebook-da paylaş