• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı mərkəzi xəstəxananın tikintisi ilə tanış olub

Xəbər verdiyimiz ki, Qazaxda 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi sürətlə davam etdirilir. 10 korpusdan ibarət olan xəstəxananın 5 korpusu ötən il inşa olunub. Bu il isə qalan 5 korpusun tikintisi həyata keçirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərkəzi xəstəxananın tikintisi ilə tanış olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, ötən il özül hissələri tökülmüş qalan 5 korpusun - Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpuslarda əsas işlərin xeyli hissəsi görülüb. Hazırda yoluxucu xəstəliklər şöbəsinin tikintisinə başlanılıb və özül hissə tökülür.

Məlumat üçün onu da qeyd edək ki, 10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, tam hazırdır.

Rayon mərkəzi xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova qeyd edib ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlar respublikamızın bütün bölgələrini əhatə edir. Bunu Qazax rayonunun timsalında da aydın şəkildə görürük. Səhiyyə ocağında rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yaradılan şərait həm biz tibb işçilərinin, həm də sakinlərin ürəyincədir. Səhiyyə sahəsinə olan diqqət və qayğıya, xüsusilə də xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək tapşırıq və tövsiyələrini verib.














GOYEZEN.AZ



Facebook-da paylaş