• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı mərkəzi xəstəxananın tikintisi ilə maraqlanıb


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi ilə tanış olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 10 korpusdan ibarət olacaq mərkəzi xəstəxananın 5 korpusu, bundan başqa, 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, tam hazırdır.

İş icraçısı bildirib ki, hazırda ötən il özül hissələri tökülmüş qalan 5 korpusun - Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi sürətlə davam etdirilir. Yaxın günlərdə yoluxucu xəstəliklər şöbəsinin tikintisinə başlanılacaq.

Rayon mərkəzi xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova qeyd edib ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlar respublikamızın bütün bölgələrini əhatə edir. Bunu Qazax rayonunun timsalında da aydın şəkildə görürük. Səhiyyə ocağında rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yaradılan şərait həm biz tibb işçilərinin, həm də sakinlərin ürəyincədir. Səhiyyə sahəsinə olan diqqət və qayğıya, xüsusilə də xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək tapşırıq və tövsiyələrini verib.








GOYEZEN.AZ



Facebook-da paylaş