Çoxmənzilli binalarda təmir işləri davam edir
Son 3 ildə Qazaxda
həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, abadlıq tədbirləri
rayonun simasını köklü surətdə dəyişdirib. Qərbin qapısı sayılan Qazaxda
aparılan abadlıq və quruculuq işləri rayonun gözəlliyini artırmaqla yanaşı,
insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli
keçirilməsinə də zəmin yaradır. 3 ildir ki, böyük sürətlə start götürən
işlərdən biri də rayondakı çoxmənzilli binaların əsaslı şəkildə təmir
olunmasıdır. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində
görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli
yaşayış binasından artıq 122-si təmir olunub. 41 bina qalıb ki, onların da
əksəriyyətində təmir işlərinə sürətlə start verilib. Bu gün Qazax Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev təmir işləri aparılan,
şəhərin mərkəzində yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92,
Ş.Xiyabanı 12 və 14, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli 127 saylı binalarda
görülən işlərlə tanış olub, keyfiyyətlə maraqlanıb. Hər 4 binada işlərin keyfiyyətlə və sürətlə aparılması ilə bağlı
tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZAzadlıq küçəsi 92 saylı bina
Azadlıq küçəsi 92 saylı bina
Ş.Xiyabanı küçəsi 12 saylı bina
Ş.Xiyabani küçəsı 14 saylı bina
Heydər Əliyev prospekti 127 saylı bina
Facebook-da paylaş