Əsas Səhifə > Manşet / Sosial > Çoxmənzilli binalarda təmir işləri davam edir

Çoxmənzilli binalarda təmir işləri davam edir


9-07-2019, 09:54

Azadlıq küçəsi 92 saylı bina


Son 3 ildə Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, abadlıq tədbirləri rayonun simasını köklü surətdə dəyişdirib. Qərbin qapısı sayılan Qazaxda aparılan abadlıq və quruculuq işləri rayonun gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə də zəmin yaradır. 3 ildir ki, böyük sürətlə start götürən işlərdən biri də rayondakı çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasıdır. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-si təmir olunub. 41 bina qalıb ki, onların da əksəriyyətində təmir işlərinə sürətlə start verilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev təmir işləri aparılan, şəhərin mərkəzində yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92, Ş.Xiyabanı 1214, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli 127 saylı binalarda görülən işlərlə tanış olub, keyfiyyətlə maraqlanıb. Hər 4 binada işlərin keyfiyyətlə və sürətlə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Azadlıq küçəsi 92 saylı bina





Ş.Xiyabanı küçəsi 12 saylı bina



Ş.Xiyabani küçəsı 14 saylı bina




Heydər Əliyev prospekti 127 saylı bina







GOYEZEN.AZ


Geri qayıt