İcra başçısı təmir işləri aparılan çoxmənzilli binalarda olub
Bu
gün sevindirici haldır ki, Respublika Prezidenti İlham Əliyevin
verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı çoxsaylı Sərəncamlara əsasən nəinki
paytaxt Bakıda, eləcə də bölgələrdə çoxmənzilli yaşayış binaları təmir olunaraq
vətəndaşların mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Son 3 ildə Qazaxda da böyük
sürətlə həyata keçirilən işlərdən biri məhz rayonda mövcud olan çoxmənzilli
yaşayış binalarının təmir olunmasıdır. Vətəndaşların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki,
rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-si təmir
olunub. Yerdə qalan 41 binada da təmir işləri sürətlə davam etdirilir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan şəhərin mərkəzində
yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92, Ş.Xiyabanı 12 və 14 saylı binalarda görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Rayon
rəhbərinə məlumat verilib ki, hər üç binada bloklarda köhnə suvaqların
çapılaraq tökülməsi və yenidən suvanaraq üzlük vurulması işi həyata keçirilir. İcra başçısı binalarla
yanaşı, hər üç binanı birləşdirən həyətdə də abadlıq işlərinin aparılması ilə
bağlı aidiyyəti şəxslərə tapşırıq verib.
GOYEZEN.AZAzadlıq küçəsi 92 saylı bina
Ş.Xiyabanı küçəsi 12 saylı bina
Ş.Xiyabanı küçəsi 14 saylı bina
Facebook-da paylaş