• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı təmir işlərinə başlanılan çoxmənzilli binalarda olub

Azadlıq küçəsi 92 saylı bina


Qazaxda son 3 ildə ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı çoxsaylı sərəncamlara uyğun olaraq böyük sürətlə həyata keçirilən işlərdən biri də rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının təmir olunmasıdır. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-si təmir olunub. Yerdə qalan 41 binada da təmir işləri uğurla yerinə yetirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işlərinə başlanılan daha 3 binada olub. İcra başçısı şəhərin mərkəzində yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92, Ş.Xiyabanı 12 və 14 saylı binalarda görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Binalarla yanaşı, hər üç binanı birləşdirən həyətdə də abadlıq işlərinin aparılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verib.

Məlumat üçün qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən doqquzmərtəbəli 179 saylı və Bakı küçəsi 1-də yerləşən beşmərtəbəli, Azadlıq 151, Ş.Çobanov 15-də də təmir işləri yekunlaşmaq üzrədir.

Azadlıq küçəsi 92 saylı bina





Ş.Xiyabanı küçəsi 12 saylı bina


Ş.Xiyabanı küçəsi 14 saylı bina





GOYEZEN.AZ



Facebook-da paylaş