İcra başçısı Heydər Əliyev prospektində yerləşən 173 və 175 saylı binalarda görülən işlərlə tanış olub
Bu gün Qazaxda sürətlə tikinti işləri davam etdirilən sahələrdən biri də rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının təmir olunmasıdır. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, ölkə prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub. Bu, vətəndaşlara göstərilən diqqət və qayğının əyani göstəricisidir. Bundan əlavə yeni iş yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri yekunlaşmaq üzrə olan şəhərin Heydər Əliyev prospektində yerləşən 173 və 175 saylı binalarda olub.
Rayon rəhbərİnə bildirilib ki, 173 saylı binada bloklarla yanaşı binanın xarici fasadında da rənglənmə işləri aparılır. 175 saylı binada isə bloklarda rənglənmə işlərinə başlanılıb.
İcra başçısı hər bir binada görülən işlərin keyfiyyətlə və sürətlə aparılması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, prospektdə yerləşən daha iki binada – 179 və 171 saylı, Azadlıq küçəsində yerləşən 107 saylı, Ə.Qədirov küçəsində yerləşən 2,3,4, Bakı küçəsində yerləşən 1 saylı binalarda da təmir işləri yekunlaşmaq üzrədir.
Heydər Əliyev prospekti 173 saylı bina
Heydər Əliyev prospekti 175 saylı bina
GOYEZEN.AZ
Facebook-da paylaş