Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Qazaxda açıb
Bu gün Heydər Əliyev Fondu tərəfindən
Ramazan ayı ərzində açılan növbəti iftar süfrəsi Qazaxda təşkil olunub. Fondun dəstəyi ilə "Qazax” şadlıq evində açılan
iftar süfrəsində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra
aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi
veteranları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,
məktəb direktorları, ağsaqqallar və ziyalılar iştirak
edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək başda ölkə Prezidenti İlham Əliyev və ailə üzvləri olmaqla, bütün Azərbaycan
xalqını, rayon sakinlərini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib,
ən xoş arzularını çatdırıb. Rayon rəhbəri ölkəmizdə dövlət başçısı İlham
Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərdiyi diqqət
və qayğıdan söz açıb. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının,
eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması
istiqamətində görülən işlərdən, imzalanan Fərman və Sərəncamlardan söz açıb.
İcra başçısı Heydər Əliyev Fondunun yarandığı ilk gündən daim şəhid
ailələrinin, müharibə veteranlarının, əlillərinin yanında olduğunu bildirib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhidlərimizin
ruhunu əziz tutduğunu, onların doğmalarına, yaxınlarına diqqət və qayğı göstərdiyini
qeyd edib. Ramazan bayramı ərəfəsində də şəhid ailələrini, müharibə
veteranlarını, əlillərini unutmayaraq onlar üçün iftar süfrəsi təşkil
olunmasını fondun rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının əyani
təzahürü kimi qiymətləndirib. İcra başçısı Qazaxda şəhidlərimizin xatirəsinin hər
zaman uca tutulduğunu, onların yaxınlarının, doğmalarının daim qayğı ilə əhatə
olunduğunu diqqətə çatdırıb. Bu gün rayonda olan hər bir şəhid ailəsinin,
müharibə əlilinin, veteranının istər ölkə rəhbəri İlham Əliyev, istərsə də
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən qayğı ilə
əhatə olunduqlarını qeyd edib. Bu gün Heydər Əliyev Fondunun təşkil etdiyi iftar
süfrəsinə görə rayon ziyalıları və ictimaiyyət nümayəndələri adından Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
minnətdarlığını bildirib. Şəhid həyat yoldaşı Kifayət Mustafayeva, şəhid anası
Xataya Yaqubova çıxış edərək şəhidlərə və
onların ailələrinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti
İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün şəhid ailələri adından öz dərin
minnətdarlıqlarını bildiriblər. Şəhid Mühid Orucov adına Tədris Mərkəzinin rəhbəri Gülanə
Hüseynova, şəhər Mehdi Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək qeyd ediblər ki, bütün şəhidlərimizin
ruhu hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Bu gün bizlər rahat və suveren
şəraitdə yaşayırıqsa, bu, onların sayəsindədir. Bu gün biz o igid oğulların
şəhidliyinə borcluyuq. Çünki onlar bizlər üçün öz canlarından keçiblər. Şəhidlərimizə,
onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək,
onların adını daim uca tutmaq isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən
ümdə vəzifəmizdir. Onlar bizlərlə olmasalar da, hər zaman bizim qəlbimizdə
əbədi olaraq yaşayacaqlar. Həmçinin çıxışlarda Ali Baş Komandanın
rəhbərliyi ilə bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o
torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin
açılacağına əminlik ifadə olunub. İftar süfrəsi ətrafında on bir ayın
sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib
sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq
və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna
dualar oxunub. Sonra rayon rəhbəri bir-bir bayram
süfrəsi açılmış stollara yaxınlaşaraq şəhid ailələrini təbrik edib. GOYEZEN.AZ
Facebook-da paylaş