• Təqvim

  • Maraq

Şəhid atası müraciətinin qısa müddət ərzində həll edildiyinə görə minnətdarlıq edib

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir.

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçısı İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Qazaxda da Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Rayon rəhbərinin şəhid ailələrini günün istənilən vaxtında qəbul etməsi, onlar tərəfindən edilən müraciətlərə yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verməsi bunun bariz nümunəsidir.

Bu gün Aprel şəhidi Əliyev Orxan Məhəmməd oğlunun atası Əliyev Məhəmməd Sozalı oğlu rayon rəhbərinə etdiyi müraciətin qısa müddət ərzində həll edildiyinə görə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda şəhid atası müraciətilə bağlı 10 aprel 2026-cı il tarixində Qazax RİH başçısı tərəfindən qəbul edildiyini, rayon rəhbərinin müvafiq göstərişlərinə əsasən məsələsinin qısa müddət ərzində həll olunduğunu bildirərək öz minnətdarlığını və dərin təşəkkürünü bildirib. Eyni zamanda, onlara göstərilən diqqət və qayğıya görə şəhid ailələrinin və qazilərin rayon rəhbərindən razı olduğunu vurğulayıb.

Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır.




Facebook-da paylaş


{sape_links}