• Təqvim

  • Maraq

Qazaxda “Şuşa fatehi-Yunis Kazımov” adlı kitabın təqdimatı olub

Qazaxda Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Fəridə Ləmanın Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid Kazımov Yunis Qasım oğlunun xatirəsinə həsr etdiyi “Şuşa fatehi-Yunis Kazımov” adlı kitabın təqdimatı keçirilib.

Aprelin 23-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri, jurnalist, publisistQalib Rəhimli, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, ziyalılar, şəhidin atası tərəfindən dəvət olunan qonaqlar, KİV nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid Yunis Kazımova həsr olunmuş videoçarx nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli məclisin deputatı Səməd Seyidov, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yaradılmış Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda Şöbə müdirinin müavini - sektor müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, XTQ-nın ehtiyatda olan polkovniki Eldəniz Namazov, AYB-nin üzvləri Mustafa Rasimoğlu, Mübariz Qaragözlü və digərləri çıxış edərək şəhidin xatirəsini dərin ehtiramla anıblar.

Çıxışlarda şəhid Yunis Kazımovun keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, kitabdan seçilmiş poeziya nümunələrini səsləndirilib.

Kitabın müəllifi Qaybalıyeva Fəridə Kamil qızı (Fəridə Ləman) Qazax RİH başçısının Fəxrı Fərmanı ilə təltif olunub. Fəxri Fərman şəhidin atası Qasım Kazımova təqdim edilib.




Facebook-da paylaş


{sape_links}