• Təqvim

  • Maraq

Vətəndaşın səyyar görüş zamanı qaldırdığı məsələ müsbət həll olunub

Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına nümunədir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir və həlli istiqamətində müvafiq işlər görülür. Sakinlər qaldırdıqları məsələlərin operativ olaraq yerində həll edilməsini müsbət qarşılayır və həm şifahi həmdə yazılı şəkildə minnətdarlqı edirlər.

Bu gün daha bir vətəndaşın səyyar qəbulda keçirilən görüşdə qaldırdığı məsələ öz müsbət həllini tapıb.

Aprelin 22-də İkinci Şıxlı kəndində keçirilən görüşdə kənd sakini Sadıqova Zərnişan Sadıq qızının qaldırdığı məsələ öz müsbət həllini tapıb. Z.Sadıqova qaldırdığı məsələyə həssaslıqla yanaşıldığına, vaxtında və dərhal yerindəcə həll olunduğuna görə təşəkkürünü bildirərək aprelin 23-ü rayon rəhbərliyinə minnətdarlıq məktubu ünvanlayıb.




Facebook-da paylaş


{sape_links}