• Təqvim

  • Maraq

Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb

Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb
Qazaxda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görür.

Hər bayram və əziz günlərdə rayonumuzda olan bütün şəhid ailələri rayon rəhbərliyi tərəfindən anılır, onlara maddi və mənəvi yardımlar göstərilir. Onu da qeyd edək ki, artıq bu, Qazaxda ənənə şəklini alıb.

Bütün bayram və əziz günlərdə olduğu kimi, Ramazan bayramı ərəfəsində də şəhid ailələri unudulmayıb.

Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramı başa çatdıqdan sonra şəhid ailələri üçün iftar süfrəsi açılıb.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün təşkil olunmuş iftar süfrəsində şəhidlərin yaxınları, doğmaları, ata və anaları, oğul və qızları, həyat yoldaşları ilə yanaşı, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, "Qazax Xeyriyyə” İctimai Birliyinin sədr müavini Arzuman Abdulkərimov. İctimai birliyin idarə heyətinin üzvü, fəlsəfə doktoru, dosent Yusif Alıyev, Azərbaycan Güləş Federasiyasının birinci vitse prezidenti, Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, "Neftçi” Ədəbi Məclisinin sədri, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Zaməddin Həmşəyev, Bakı Dövlət Universitetinin mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Əməkdar artist Vasif Məhərrəmli, gənc rəssam Akif Əmirov, şairə Cığatel İsaqızı iştirak ediblər.

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.

Qonqlardan Bakı Dövlət Universitetinin mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, şair Zaməddin Həmşəyev, şairə Cığatel İsaqızı çıxış edərək qeyd ediblər ki, bütün şəhidlərimizin ruhu hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Bu gün bizlər rahat və suveren şəraitdə yaşayırıqsa, bu, onların sayəsindədir. Bu gün biz o igid oğulların şəhidliyinə borcluyuq. Çünki onlar bizlər üçün öz canlarından keçiblər. Şəhidlərimizə, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək, onların adını daim uca tutmaq isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Onlar bizlərlə olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayacaqlar.

Şəhid analarından Tamella Süleymanova, Xətayə Yaqubova, şəhid qardaşı Vaqif Məmmədov, şəhid həyat yoldaşı Sarabəyim Hacıyeva, şəhid atası Sarı Hüseynov çıxış edərək şəhidlərə və onların ailələrinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün şəhid ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ

Facebook-da paylaş