Prezident İlham Əliyev: “Uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır”
2026-cı ilin 27 aprel tarixi Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatla əlamətdaroldu. Prezident İlham Əliyev bildirdi ki, bizim indi çox fəal siyasi dialoqumuz var.Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq. Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır. Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır. 15 sentyabr 2015-ci il tarixində Bakıda “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikası Prezidentinin Çexiyaya 5 səfəri baş tutmuşdur. Sonuncu səfər (işgüzar) AR Prezidenti cənab İlham Əliyev tərəfindən 6-7 oktyabr 2022-ci il tarixlərində həyata keçirilmişdir. Çexiya Prezidentinin Azərbaycan Respublikasına 2 rəsmi səfəri baş tutmuşdur. Sonuncu səfər Miloş Zeman tərəfindən 15-17 sentyabr 2015-ci il tarixlərində həyata keçirilmişdir. Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının xarici işlər naziri Çex Respublikasına 3 səfər etmişdir. Sonuncu səfər (rəsmi) 22-23 aprel 2024-cü il tarixlərində həyata keçirilmişdir. Çex Respublikasının xarici işlər naziri tərəfindən Azərbaycan Respublikasına 4 səfər baş tutmuşdur. Sonuncu səfər (işgüzar) Yakub Kulhanek tərəfindən 29-01 sentyabr-oktyabr 2021-ci il tarixlərində həyata keçirilmişdir. Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Elnur Allahverdiyevdir. Çexiya Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Yan Kubikdir. Azərbaycan Respublikası Milli Məclisinin sədri Çexiyaya indiyədək 2 rəsmi səfər etmişdir. Sonuncu səfər Sahibə Qafarova tərəfindən 30 noyabr – 2 dekabr 2023-cü il tarixlərində həyata keçirilmişdir. Çex Respublikası Parlamenti sədrinin Azərbaycan Respublikasına indiyədək 3 səfəri baş tutmuşdur. Sonuncu səfər (rəsmi) Radek Vondraçek tərəfindən 16 may 2019-cu il tarixində həyata keçirilmişdir. Müqavilə-hüquq bazasına gəlincəAzərbaycan və Çexiya arasında 30 sənəd imzalanmışdır. İqtisadi sahədə əməkdaşlığa gəlincə“Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılmışdır. Komissiyanın həmsədrləri Azərbaycan tərəfindən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Çexiya tərəfindən isə sənaye və ticarət nazirinin müavini Petr Treşnakdır. Komissiyanın indiyədək 5 iclası keçirilmişdir. Sonuncu iclas 3 mart 2023-cü il tarixində Praqada baş tutmuşdur. 2023-cü ildə Çexiya Avropada Azərbaycanın 6-cı ən böyük ticarət tərəfdaşı (dünyada 14-cü) və 5-ci ən böyük ixrac məntəqəsi (dünyada 10-cu) olmuşdur. 1 yanvar 2024-cü il tarixinə Azərbaycanda 33 Çexiya investisiyalı kommersiya qurumu (sahələr: sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır, onlardan 20-nin fəaliyyəti aktivdir.
Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.
Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlərə gəlincə Çex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyi 31 oktyabr 2005-ci il tarixində təsis olunmuşdur. Çexiyanın Azərbaycandakı Səfirliyi 24 sentyabr 2019-cu il tarixində təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 avqust 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilmişdir.



Facebook-da paylaş














