• Təqvim

  • Maraq

Məktəblilərlə növbəti maarifləndirici tədbir Emin Qurbanov adına Dəmirçilər kənd tam orta ümumtəhsil məktəbdə keçirilib

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu”nun, “Yerli monitorinq və əlaqələndirmə qrupu”nun 2026-cı il Tədbirlər Planına uyğun olaraq “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə”, “İntihar və onun qarşısının alınması” və digər antisosial mühitdən qorunma yollarına həsr edilmiş mövzularda 22 aprel 2026-cı il tarixdə Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta ümumtəhsil məktəbin yuxarı sinif şagirdləri ilə növbəti maarifləndirici söhbət aparılıb.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax RPŞ-də YYÇ-nın profilaktiki işinin təşkili qrupunun inspektoru Ramin Sadıqov, Dövlət Təhlükəsizlik Xidmətinin Qazax Rayon İdarəsinin məsul əməkdaşı Behbud Quluzadə, sözügedən məktəbin direktoru Gültəkin Orucova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Məhəmməd Cəfərov, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri, eyni zamanda valideynlər iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdıraraq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. Rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu”nun, “Yerli monitorinq və əlaqələndirmə qrupu”nun Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu bildirib. Məişət zorakılığı və onun qorunma yolları, psixoloji dəstək, auditoriyaya antisosial mühitdən qorunmağın psixoloji yolları barədə geniş məlumat verən Kəmalə Cəfərrova bildirib ki, ölkə Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Qeyd edib ki, zorakılıq, xüsusilə də məişət zorakılığı və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına cəmiyyət olaraq profilaktik tədbirlər görərək məişət zorakılığı kimi cinayət hadisələrinin qarşısını ala bilərik.

Kəmalə Cəfərova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nın 6.1.8-2-ci bəndinə əsasən gənclərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumat verib. Gənclər arasında ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları, erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması, gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi mövzularında da söhbət aparıb.

Qazax Rayon Polis Şöbəsində YYÇ-nın profilaktiki işinin təşkili qrupunun inspektoru Ramin Sadıqov mövzu haqqında geniş məruzə edib, narkotik vasitələrdən istifadənin əsas risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə, eləcə də sosial-iqtisadi inkişafa göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verib. Narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını deyən B.Zamanov hər bir Azərbaycan vətəndaşının cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalı olduğunu vurğulayıb. Natiq narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyini, ailə və ətrafın məsələyə məsuliyyətli yanaşmasının zəruriliyini diqqətə çatdırıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Gələcəyimiz olan gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.

Dövlət Təhlükəsizlik Xidmətinin Qazax Rayon İdarəsinin məsul əməkdaşı Behbud Quluzadə çıxış edərək narkomaniyanın törətdiyi fəsadlardan və insan həyatına vurduğu mənfi təsirindən söz açaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Natiq narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verib. Psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirlərini izah edib. O, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə istiqamətində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdən danışaraq, məktəblilərə sağlam həyat tərzi sürmək üçün asudə vaxtlarını səmərəli keçirmələrini, idmanla məşğul olmalarını tövsiyə edib. Bunun üçün rayonda Qazax Olimpiya İdman Kompleksinin, idman məktəblərinin fəaliyyət göstərdiyini vurğulayıb.

Tədbirin sonunda məktəbin direktoru Gültəkin Orucova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Məhəmməd Cəfərov sözügedən maarifləndirici tədbirin təşkilinə görə rayon rəhbərliyinə xüsusi minnətdarlıqlarını bildirib.




Facebook-da paylaş


{sape_links}