Qazaxda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib
Respublika Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunub. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir. Aprelin 17-də Qazax Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul əməkdaşları, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, partiya fəalları, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, könüllülər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun kənarında 250 ədəd eldar şamı və 250 ədəd sərv ağacı əkilib.








Facebook-da paylaş














