2022-ci ildə Qazax rayonunun sosial-iqtisadi inkişafı haqqında
Ümumi məlumat Qazax rayonu respublikamızın qərb hissəsində yerləşir və Azərbaycanın “Qərb qapısı” sayılır. Qazax rayonu şimal-qərbdən Gürcüstanla, şərqdən və şimaldan Ağstafa rayonu, cənubdan və cənub qərbdən isə Ermənistanla həmsərhəddir. Vaxtilə oymaq, vilayət, sultanlıq, sonralar isə qəza mərkəzi olub. İndi isə rayon mərkəzidir. Relyefi müxtəlif, flora və faunası rəngarəng, ərazisi tarixi mədəniyyət abidələri ilə zəngindir. 56 arxeoloji və 60-dan artıq memarlıq abidəsi vardır. Ərazisi 692 kvadratkilometr, əhalisi 95773 nəfərdir. 1-i şəhər olmaqla, 35 yaşayış məntəqəsi, 23 inzibati ərazi dairəsi, 17 bələdiyyə var. Qazax rayonu Azərbaycanı xarici ölkələrlə birləşdirən avtomobil yolları üzərində yerləşir. Rayonun ərazisindən “İpək yolu”nun keçməsi onun iqtisadiyyatında önəmli rol oynayır. Rayonda iri sənaye müəssisələri fəaliyyət göstərir və iqtisadiyyatın əsasını sənaye, kənd təsərrüfatı, tikinti və ticarət sahələri təşkil edir. 2022-ci ildə Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri 2022-ci ildə rayonun iqtisadiyyatının əsas göstəriciləri aşağıdakı cədvəldə qeyd olunduğu kimidir: Göstəricinin adı Məhsul və xidmətlərin satışından əldə olunan gəlir, min manatla 2022-ci il 2021-ci ilə nisbətən, faizlə (müqayisəli qiymətlərlə) Yanvar-dekabr ayları 2022 2021 Ümumi məhsul buraxılışı, o cümlədən 369569,5 286664,4 121,0 Sənaye 76069,2 60000,1 141,1 Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 136238,4 112261,0 103,1 Tikinti 61286,2 31138,1 196,8 Nəqliyyat və anbar təsərrüfatı 9144,0 7600,0 117,6 İnformasiya və rabitə 2114,9 1895,6 111,7 Ticarət; nəqliyyat vasitələrinin təmiri 84716,8 73769,6 100,3 Əsas kapitala yönəldilən investisiyalar 61907,8 33481,7 184,3 Nəqliyyat sektorunda yük daşınması, min ton 1281,0 1133,0 113,1 Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin 11922,0 9401,0 126,8 Pərakəndə əmtəə dövriyyəsi 264740,0 230530,0 100,3 Əhaliyə göstərilən ödənişli xidmətlər 30620,0 26164,0 106,0 Orta aylıq nominal əməkhaqqı (yanvar-noyabr aylarında, manatla) 560,7 479,9 116,8 İlkin hesablamalara əsasən 2022-ci ildə ümumi daxili məhsul əvvəlki illə müqayisədə sabit qiymətlərlə 21,0 faiz artaraq 369569,5 min manat təşkil etmişdir. Məhsul buraxılışı sənayedə 41,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 faiz, informasiya və rabitə sahəsində 11,7 faiz, tikintidə 2,0 dəfə, nəqliyyat və anbar təsərrüfatında 17,6 faiz artmışdır. 2022-ci ildə orta aylıq nominal əməkhaqqı 560,7 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 16,8 faiz çoxdur. Rayonda 2022-ci ildə məhsul buraxılışının strukturu aşağıdakı kimidir: ƏHALİ 01.01.2023-cü il tarixinə rayon əhalisinin sayı 2019-cu ildə keçirilmiş əhalinin siyahiyaalınmasının nəticələri də nəzərə alınmaqla 95773 nəfər təşkil etmişdir. Əhalinin hər bir kvadratkilometrə düşən sayı 138 nəfər olmuşdur. Ümumi sayın 49,0 faizi kişilərin, 51,0 faizi isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin rayon Qeydiyyat Şöbəsi tərəfindən il ərzində 1247 nəfər doğum, 766 nəfər ölüm, 669 nikah və 125 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 13,1, ölənlərin sayı 8,0, nikahların sayı 7,0, boşanmaların sayı isə 1,3 olmuşdur. 01.01.2023-cü il tarixə rayonda üzvlərinin sayı 4173 nəfər olmaqla 981 ailə məcburi köçkündür. Rayon üzrə bəzi demoqrafik göstəricilər Göstəricilər Yanvar-dekabr ayları Nəfər Əhalinin hər 1000 nəfərinə 2022-ci il 2021-ci il 2022-ci il 2021-ci il Təbii artım 481 198 5,1 2,0 Doğulanlar 1247 1063 13,1 10,7 Ölənlər 766 865 8,0 8,7 Nikahlar 669 563 7,0 5,7 Boşanmalar 125 115 1,3 1,2 KƏND TƏSƏRRÜFATI 2022-ci ildə kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 136238,4 min manat təşkil etmişdir ki, bu, ümumi məhsul buraxılışının 36,8 faizini təşkil edir. Ümumi məhsul istehsalının 86008,1 min manatı bitkiçilik, 50230,3 min manatı isə heyvandarlıq məhsullarıdır. Bitkiçilik. Dövlət Statistika Komitəsinin yerli statistika orqanları üçün illik statistik işlər proqramına əsasən rаyonda əkin sahələrinin qətiu çotu aparılmış və məlum olmuşdur ki, 2022-ci ilin məhsulu üçün 18970,2 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir. Əkin sahəsi keçən ilə nisbətən 1460,2 hektar artmışdır. Əkilmiş sahənin 11312,0 hektarı payızlıq taxıl sahəsidir ki, bunun 4863,0 hektarını buğda, 6449,0 hektarını arpa sahəsi təşkil edir. Əkin sahəsinin quruluşu 2022-ci ilin məhsulu üçün payızlıq və yazlıq 11541,2 hektar qarğıdalısız dənlilər və dənli paxlalı bitkilər əkilmiş sahə vardır. Bu da ötən ilə nisbətən 1090,7 hektar çoxdur. 687,2 hektar sahədə yazlıq dənlilər əkilmişdir ki, ondan 13,6 hektar buğda, 38,6, hektar arpa, 90,0 hektar vələmir, 474,0 hektar qarğıdalı, 71,0 hektar sorqo təşkil etmişdir. Keçən ilə nisbətən yazlıq dənlilərin əkin sahəsi 30,3 hektar azalmışdır. 44,0 hektar sahədə texniki bitki olan günəbaxan əkilmişdir. Əkinlər ailə kəndli təsərrüfatları tərəfindən aparılmışdır. 2022-ci ildə rayonda 2129,0 hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir ki, ondan 1270,0 hektarı kartof, 822,0 hektarı tərəvəz, 37,0 hektarı bostan bitkiləri əkilmiş sahədir. Ötən illə müqayisədə kartof 203,0 hektar, bostan bitkiləri 2,0 hektar, tərəvəz 148,0 hektar çox əkilmişdir. Tərəvəz əkilmiş sahənin 62,0 hektarını kələm, 126,0 hektarını xiyar, 222,0 hektarını pomidor, 27,0 hektarını baş soğan, 20,0 hektarını sarımsaq, 36,0 hektarını badımcan, 32,0 hektarını şirin bibər, 27,0 hektarını acı bibər, 90,0 hektarını göyərti, 180 hektarını yaşıl lobya əkilmiş sahə təşkil etmişdir. Əkin sahəsinin 4782,0 hektarı yemlik bitkilərdir ki, 589,0 hektarı cari ildə əkilmiş yonca, 4193,0 hektarı isə keçmiş illərdə əkilmiş yonca sahəsidir. Keçən illə müqayisədə cari ildə əkilmiş yonca 142,0 hektar azalmış, keçmiş illərdə əkilmiş yonca isə 157,0 hektar artıq olmuşdur. 2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi hektarla S/N Bitkinin adı 2022-ci il 2021-ci il 2022-ci il 2021-ci ilə nisbətən fərq, + - 1 Payızlıq dənlilər 11312,0 10003,0 +1309,0 2 Yazlıq dənlilər 687,2 717,0 -29,8 3 Paxlalılar 16,0 197,0 -181,0 4 Texniki bitkilər 44,0 49,0 -5,0 5 Kartof 1270,0 1067,0 203,0 6 Tərəvəz 822,0 674,0 +148,0 7 Bostan bitkiləri 37,0 35,0 +2,0 8 Yemlik bitkilər 4782,0 4767,0 +15,0 Cəmi əkin sahəsi 18970,2 17510,0 +1460,2 Tarlalarda məhsul toplanışı başa çatmışdır. 11878,2 hektar dənli bitkilər əkilmiş sahə biçilmiş, 420287,0 sentner məhsul toplanmışdır. 4876,6 hektar buğda əkilmiş sahədən 187749,0 sentner, 6487,6 hektar arpa əkilmiş sahədən 208024,0 sentner məhsul əldə edilmişdir. Taxılın orta məhsuldarlığı 34,8 sentner, buğdanın məhsuldarlığı 38,5 sentner, arpanın məhsuldarlığı isə 32,1 sentner olmuşdur. Qarğıdalı əkilmiş 474,0 hektar sahədən 26544,0 sentner məhsul əldə edilmişdir. Orta məhsuldarlıq 56,0 sentner olmuşdur. Sahələrdən 186870,0 sentner tərəvəz, 153024,0 sentner yem bitkiləri, 171577,8 sentner meyvə yığılmışdır. Üzüm istehsalı 37894,5 sentner olmuşdur ki, hər hektardan məhsuldarlıq 135,3 sentner təşkil edir. 2022-ci ildə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq Məhsul toplanmış sahə, hektarla Məhsul, sentnerlə Məhsuldarlıq, sentnerlə Buğda 4876,6 187749,0 38,5 Arpa 6487,6 208024,0 32,1 Qarğıdalı 474,0 26544,0 56,0 Sair dənli bitkilər 161,0 4011,0 24,9 Paxlalı bitkilər 16,0 336,0 21,0 Günəbaxan 44,0 1012,0 23,0 Yaşıl lobya 180,0 3960,0 22,0 Kələm 62,0 16200,0 261,3 Qarpız 32,0 8000,0 250,0 Yemiş 5,0 1250,0 250,0 Bibər 59,0 14750,0 250,0 Xiyar 126,0 44100,0 350,0 Badımcan 36,0 10260,0 285,0 Pomidor 222,0 77700,0 350,0 Sarımsaq 20,0 2800,0 140,0 Soğan 27,0 8100,0 300,0 Kartof 1270,0 425450,0 335,0 Sair tərəvəz 90,0 9000,0 100,0 Yem bitkiləri 4782,0 153024,0 32,0 Bağlar və giləmey-vəlik - cəmi 1571,5 171577,8 109,2 Üzüm 280,0 37894,5 135,3 Heyvandarlıq. Heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə göründüyü kimidir: S/N Məhsulun adı Ölçü vahidi 2022-ci il 2021-ci il Fərq +, - 1 Ət (diri çəkidə) ton 5683,0 5758,0 -75,0 2 Süd ton 31787,4 31848,0 -60,0 3 Yumurta min ədəd 12670,0 12660,0 +10,0 4 Yun ton 236,2 249,3 -13,1 Heyvandarlıq məhsulları istehsalının azalmasının səbəbi mal-qaranın baş sayının azalması olmuşdur. 01.01.2023-ci il tarixə mal-qaranın baş sayı aşağıdakı cədvəldəki kimidir: Ölçü vahidi 01.01.2020 01.01.2021 01.01.2022 01.01.2023 01.01.2023-cü il 01.01.2022-ci ilə nis- bətən, faizlə İribuynuzlu mal-qara baş 31229 30875 29695 29554 99,5 O cümlədən: inək və camışlar baş 16634 16455 16179 16165 99,9 Qoyun və keçilər baş 147705 144063 127915 127485 99,7 SƏNAYE 2022-ci il ərzində rayonun sənaye təşkilatlarında fiziki şəxslər və ev təsərrüfatlarında istehsal olunan sənaye məhsulları da daxil olmaqla istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 76069,2 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun 26922,8 min manatı, 35,4 faizi dövlət sektorunun, 49146,4 min manatı, 64,6 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Ümumi istehsalın 63,7 faizi sənaye məhsulu istehsalının, 36,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2023-cü il tarixinə 11217,9 min manatlıq hazır məhsul qalmışdır. Sənaye sahəsində məhsul istehsalının seksiyalar üzrə müqayisəsi aşağıdakı diaqramda göstərildiyi kimidir: Mədənçıxarma sənayesində istehsalın dəyəri 29865,8 min manat olmaqla ümumi məhsul buraxılışının 39,3 faizini təşkil edir. Mədənçıxarma sahəsinin əsas məhsulu olan əmtəəlik bentonit gili istehsalı 147568,0 ton, tikinti daşı istehsalı isə 36515,0 ton, əhəng daşı tozu istehsalı 32320,4 ton təşkil etmişdir. Emal sənayesinə aid olan müəssisələr tərəfindən 19201,1 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu ümumi sənaye məhsulunun 25,2 faizini təşkil edir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda il ərzində göstərilən xidmətlərin dəyəri 25796,8 min manat təşkil etmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların il ərzində həcmi 1205,5 min manat təşkil etmişdir. Bu, məhsul istehsalının 1,6 faizini təşkil edir. 2022-ci ildə istehsal olunmuş sənaye məhsullarının natura ifadəsi aşağıdakı kimidir: Məhsulun adı Ölçü vahidi 2022-ci ildə istehsal edilmişdir İstehlakçılara göndərilmişdir Hesabat dövrünün sonuna məhsul qalığı 2021-ci ildə istehsal edilmişdir 2022-ci il 2021-ci ilə nisbətən; faizlə İnşaat üçün əhəng daşı ton 36515,0 36515,0 - 46700,0 78,2 Bentonit (əmtəəlik) ton 147568,0 170667,0 173195,0 214392,0 68,8 Tikinti qumu ton 40727,9 8000,0 36231,9 6100,0 6,7 dəfə çox Çınqıl ton 12900,0 12900,0 - 27500,0 46,9 Əhəng daşı tozu ton 32320,4 32320,4 - 27555,0 117,3 Şirinləşdirilməmiş mineral və qazlı su min dkl 25,8 25,8 - 8,4 307,1 Araq min dkl 5,04 4,22 1,87 11,0 45,8 Xalça kv.m 48,0 48,0 - 26,0 184,6 Yataq mebel dəsti ədəd 2122 2122 - 962 220,6 Qonaq otağı üçün mebel ədəd 2025 2025 - 1325 152,8 Elektrik enerjisi (əmtəəlik) qvt.s 97,0 97,0 - 99,3 97,7 Qaz (əmtəəlik) mlyn kubmetr 134,7 134,7 - 121,0 111,3 Su (əmtəəlik) min kubmetr 945,8 945,8 - 858,4 110,2 2022-ci ildə rayonda müəssisələr tərəfindən 36515,0 ton tikinti daşı istehsal olunub satılmışdır. Əmtəəlik gil istehsalı 147568,0 ton olmuş, 170667,0 ton gil satılmış və 2023-cü ilin yanvar ayının 1-i tarixinə əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 173195,0 ton gil, 1,87 min dekalitr araq qalığı olmuşdur. İl ərzində mebel istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 2122 ədəd yataq mebel dəsti, 2025 ədəd yemək və qonaq otağı üçün mebel istehsal olunub satılmışdır. 2022-ci ildə rayonda 97,0 qvts elektrik enerjisi, 134,7 milyon kub qaz bölüşdürülmüş, 945,8 min kub su istehsal olunub satılmışdır. 2022-ci il ərzində rayonun sənaye müəssisələrində muzdlaçalışan işçilərin orta sayı 1248 nəfər olmuşdur ki, bu da ötən illə müqayisədə 136,3 faiz təşkil edir. İşçilərin 365 nəfəri dövlət, 883 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. İşçilərin 319 nəfəri mədənçıxarma, 559 nəfəri emal, 208 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 162 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır. 2022-ci ildə müəssisələrdə işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 28,4 faiz artaraq 734,3 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət sektorunda 619,6 manat, qeyri-dövlət sektorunda 781,6 manat təşkil etmişdir. Sənaye müəssisələrinə il ərzində 268 nəfər işçi qəbul edilmiş, 380 nəfər işdən azad edilmişdir. TİKİNTİ 2022-ci ildə rayonda istifadəyə verilmiş əsas fondların dəyəri 5329,3 min manat olmuşdur. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən 61907,8 min manat vəsait yönəldilmişdir. Ümumi vəsaitin 61286,2 min manatı və ya 99,0 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir. Əsas kapitala yönəldilən investisiya min manatla Yanvar-dekabr 2022-ci il 2021-ci ilə nisbətən, faizlə 2022-ci il 2021-ci ilə nisbətən, fərq+- 2022-ci il 2021-ci il Rayon üzrə-cəmi 61907,8 33481,7 184,9 +28426,1 o cümlədən. Dövlət mülkiyyəti 53221,7 21868,3 2,4 dəfə çox +31353,4 Qeyri-dövlət mülkiyyəti 8686,1 11613,4 74,8 -2927,3 o cümlədən Əhalinin şəxsi vəsaiti 4865,0 5940,0 81,9 -1075,0 İl ərzində 116 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bundan 51-i kənd yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 18460,0 kv/m, yaşayış sahəsi isə 11076,0 kv/m təşkil etmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin dəyəri 4615,0 min manatdır. Tikinti quraşdırma işləri min manatla Yanvar-dekabr 2022-ci il 2021-ci ilə nisbətən, faizlə 2022-ci il 2021-ci ilə nisbətən, fərq+- 2022-ci il 2021-ci il Rayon üzrə 61286,2 31138,1 196,8 +30148,1 o cümlədən Dövlət mülkiyyəti 52843,7 19996,3 2,6 dəfə çox +32847,4 Qeyri-dövlət mülkiyyəti 8442,6 11141,8 75,8 -2699,2 o cümlədən Əhalinin şəxsi vəsaiti 4621,8 5643,0 81,9 -1021,2 Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin həcmi 2230,1 min manat olmuşdur ki, bu da ötən illə müqayisədə müqayisəli qiymətlərlə 89,3 faiz təşkil edir. 2022-ci ildə tikinti sektorunda işləyən işçilərin orta sayı 130 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 503,6 manat təşkil etmişdir. TİCARƏT 2022-ci ildə rayonda 36 ticarət müəssisəsi, 180 ticarət yerinə malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər ticarət fəaliyyəti göstərmişdir. Araşdırılan dövr ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə rayonun istehlak bazarında əhaliyə 264740,0 min manatlıq istehlak malları satılmışdır. İstehlak mallarının içərisində ərzaq malları 58,3 faizlə üstünlük təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin fiziki həcm indeksi 100,3 faiz olmuşdur. 2022-ci ildə pərakəndə əmtəə dövriyyəsi min manatla Yanvar-dekabr ayları 2022-ci il 2021-ci ilə nisbətən, faizlə 2022-ci il 2021-ci ilə nisbətən, fərq+- 2022-ci il 2021-ci il Pərakəndə əmtəə dövriyyəsinin həcmi 264740,0 230530,0 114,8 +34210,0 o cümlədən: Hüquqi şəxslər 58841,5 43451,5 135,4 +15390,0 Fərdi sahibkarlar, bazar və yarmarkalar 205898,5 187078,5 110,1 +18820,0 Pərakəndə əmtəə dövriyyəsinin quruluşu Rayonda pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 264740,0 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 22,2 faizi hüquqi şəxslərin, 61,9 faizi kənd təsərrüfatı bazarının, əşya və qarışıq mallar yarmarkasının, 15,9 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin payına düşür. İl ərzində rayon əhalisinin hər bir nəfəri tərəfindən ticarət şəbəkələrindən 2655,58 manatlıq istehlak malları alınmışdır. ÖDƏNİŞLİ XİDMƏT VƏ İCTİMAİ İAŞƏ 2022-ci il ərzində Qazax rayon əhalisinə 30620,0 min manatlıq və ya əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 6,0 faiz çox pullu xidmət göstərilmişdir. Ümumi ödənişli xidmətin 42,4 faizi (12973,0 min manat) hüquqi şəxslər, 57,6 faizi (17647,0 min manatı) hüquqi şəxs yaratmadan pullu xidmət göstərən fiziki şəxslər tərəfindən təşkil olunmuşdur. Ödənişli xidmətlərin həcmi aşağıdakı cədvəldə göstərildiyi kimi olmuşdur. min manatla Yanvar-dekabr ayları 2022-ci il 2021-ci ilə nisbətən, faizlə 2022-ci il 2021-ci ilə nisbətən, fərq+- 2022-ci il 2021-ci il Ödənişli xidmətin ümumi həcmi - cəmi 30620,0 26164,0 117,0 +4456,0 o cümlədən Hüquqi şəxslər 12973,0 10672,4 121,6 +2300,6 Fərdi sahibkarlar 17647,0 15491,6 113,9 +2155,4 Ilkin hesablamalara əsasən hesabat dövründə xidmət müəssisələri hər bir rayon sakininə orta hesabla 308,4 manat və ya ötən illə müqayisədə 44,4 manat, yəni 16,8 faiz çox müxtəlif növ ödənişli xidmətlər göstərmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 12,7 faizini (3900,0 min manat) məişət xidməti, 10,6 faizini (3260,0 min manat) iaşə dövriyyəsi təşkil etmişdir. Məişət və iaşə xidmətləri fiziki şəxslərin payına düşür. NƏQLİYYAT 2022-ci il ərzində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 9144,0 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 2,5 faizini təşkil edir. min manatla Yanvar-dekabr ayları 2022-ci il 2021-ci ilə nisbətən, faizlə 2022-ci il 2021-ci ilə nisbətən, fərq+- 2022-ci il 2021-ci il Nəqliyyat təşkilatlarında göstərilmiş xidmətlərin dəyəri 9144,0 7600,0 117,6 +1544,0 Məhsul buraxılışı ötən illə müqayisədə 17,6 faiz, və ya 1544,0 min manat artmışdır. Yük daşınmasının həcmi 1281,0 min ton olmuş, bu da ötən illə müqayisədə 13,1 faiz çoxdur. İl ərzində 11922,0 min nəfər sərnişin daşınmışdır ki, bu da keçən illə müqayisədə 26,8 faiz çoxdur. min manatla Yanvar-dekabr ayları 2022-ci il 2021-ci ilə nisbətən, faizlə 2022-ci il 2021-ci ilə nisbətən, fərq+- 2022-ci il 2021-ci il Nəqliyyat sektorunda fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin dəyəri 7452,8 5746,4 129,7 +1706,4 2022-ci ildə nəqliyyat və anbar təsərrüfatı sektorunda işçilərin orta sayı 327 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 25,1 faiz artaraq 989,4 manat təşkil etmişdir. RABİTƏ 2022-ci ildə rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi ötən illə müqayisədə 11,7 faiz artaraq 2114,9 min manat təşkil etmişdir. min manatla Yanvar-dekabr ayları 2022-ci il 2021-ci ilə nisbətən, faizlə 2022-ci il 2021-ci ilə nisbətən, fərq+- 2022-ci il 2021-ci il Rabitə xidmətlərindən əldə olunan gəlir 2114,9 1895,6 111,7 +219,3 Göstərilmiş rabitə xidmətləri içərisində şəhərlərarası və beynəlxalq telefon rabitəsi 2,6 faiz, şəhər telefon rabitəsi 11,3 faiz, kənd telefon rabitəsi 24,7 faiz, internet xidməti isə 61,4 faiz təşkil etmişdir. 01 yanvar 2023-cü il tarixə rayonda 12892 internet abunəçisi olmuşdur. İl ərzində internet qoşulmalarının sayı 438 olmuşdur. Araşdırılan dövr ərzində göndərilən sadə və sifarişli məktub, banderolların sayı 25830 ədəd, daxil olanların sayı isə 56110 ədəd olmuşdur. Poçt müəssisələri tərəfindən 1335 ədəd poçt bağlaması göndərilmişdir. Daxil olan bağlamaların sayı 9262 olmuşdur. ƏMƏK BAZARI 01 yanvar 2023-cü il tarixə rayonda ilkin hesablamalara əsasən muzdla işləyənlərin sayı 10750 nəfər olmuşdur. Muzdla işləyənlərin 4309 nəfəri maddi istehsal sahələrində, 6441 nəfəri isə xidmət sahələrində çalışır. Mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin 62,5 faizi dövlət, 37,5 faizi qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdir. İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin 424 nəfəri, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1248 nəfəri, 11,6 faizi sənaye, 130 nəfəri, 1,2 faizi tikinti, 2506 nəfəri, 23,3 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 327 nəfəri, 3,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 123 nəfəri, 1,1 faizi informasiya və rabitə,104 nəfəri 1,0 faizi maliyyə və sığorta fəaliyyəti, 612 nəfəri, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 3116 nəfəri, 29,0 faizi təhsil, 1300 nəfəri, 12,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 860 nəfəri, 8,0 faizi digər xidmət sahələrində çalışmışdır. Muzdla işləyənlərin strukturu 2022-ci ildə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 16,8 faiz artaraq 560,7 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışanların əməkhaqqları 582,9 manat, özəl müəssisələrdə çalışanların əməkhaqqları isə 523,5 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur. 01 oktyabr 2022-ci il tarixə rayonda iqtisadi fəal əhalinin sayı 58938 nəfər, məşğul əhalinin sayı 56002 nəfər, işsiz əhalinin sayı isə 2936 nəfərdir. 2022-ci ildə 25 yeni müəssisə, 1260 nəfər fiziki şəxs qeydiyyatdan keçmiş, il ərzində 135 yeni iş yeri açılmışdır. Faiq PAŞAYEV, Qazax Rayon Statistika İdarəsinin rəisi
Facebook-da paylaş