• Təqvim

  • Maraq



İcra başçısı bu gün parkda bağça uşaqları və gənclərlə görüşüb


Son illər Qazaxda bütün sahələrlə yanaşı bir sahə də var ki, daim diqqət mərkəzində saxlanılır. Bu sahəyə hər zaman xüsusi həssaslıqla yanaşılır. Bu, cəmiyyətimizin elə bir təbəqəsidir ki, onların gözəl şəraitdə böyümələri üçün bütün imkanlardan istifadə edilir. Bu, gələcəyimiz olan uşaqlarla bağlı olan sahədir.

Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən hər zaman diqqət və qayğı ilə yanaşdığı sahələrdən biri də məhz uşaqlarla bağlı sahədir. Rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisini elə bir iş, elə bir tədbir olmaz ki, orada görüb hiss etməyəsən.

"Uşaqlar mənim üçün ayrı dünyadır, onları sevməmək mümkün deyil”, - söyləyən icra başçısı bu sevgisini öz işlərində hər zaman əyani şəkildə əks etdirir. Uşaqların dili ilə desək onların sevimli Rəcəb babası olaraq əlindən gələni əsirgəmir. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə onların gözəl şəraiti olan bağçalarda, məktəblərdə təlim-tərbiyə almaları üçün hər cür şərait yaradıb.

Rayon rəhbərinin balaca fidanlara olan sevgisinin bariz nümunəsini təkcə son illər Qazaxda bağçalarla bağlı gördüyü işlərdən də aydın şəkildə görmək olar. Məhz bu qayğının, sevginin nəticəsidir ki, bu gün rayonda fəaliyyət göstərən 26 uşaq bağçasından 21-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. 

Rayon rəhbərinin körpə fidanlarla görüşməsi, gələcəyimiz olan gənclərə daim qayğı ilə yanaşması artıq bir ənənə halını alıb. 

İcra başçısı Rəcəb Babaşov bu gün parkda gəzintiyə çıxan bağça uşaqları və Qazax Dövlət Sosial-İqtisadi Kollecdə təhsil alan bir qrup gənclə görüşüb. Körpə fidanların söylədikləri şeirləri dinləyib, onlarla səmimi söhbət edib. Gənclərlə görüşən rayon rəhbəri onların qayğıları ilə maraqlanıb. Sonda uşaqlar və gənclərlə xatirə şəkli çəkdirib. 



Facebook-da paylaş