• Təqvim

  • Maraq



Vətəndaşların nəzərinə!


“Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!”. Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi bu fikir Qazax rayonunda hər zaman əsas götürülür. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkməsi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi və ya ümumi şəkildə keçirilən qəbullar onu söyləməyə əsas verir ki, Qazaxda vətəndaş məmnunluğuna hər zaman önəm verilir. 

İdarə, müəssisə və təşkilatlarda vətəndaşlara göstərilən qayğı, xüsusilə də xidmət sahələrində vətəndaşlara göstərilən xidmətlər rayon rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır, sözügedən məsələyə həssaslıqla yanaşılır. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman olduğu kimi, bu gün də vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb. Havanın soyuq keçməsi ilə əlaqədar xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib. 

Rayon rəhbəri elektrik transformatorları, elektrik xətləri, qaz paylayıcı xətlərin yoxlanılmasını bildirib. Elektrik enerjisinin gərginlik düşküsünə, mavi yanacağın təzyiqinə daim nəzarət olunmasını qeyd edib.

Həmçinin, vətəndaşlardan qazın təzyiqinin az olması, elektrik enerjisinin verilişində yaranmış fasilələr, işığın tez-tez sönməsi halları baş verdikdə və yaxud da enerjinin gərginlik düşküsü aşağı olduğu halda Qazax Rayon İcra Hakimiyyətinin (02229) 6-56-70 qaynar xəttinə müraciət etmələri xahiş olunur.



Facebook-da paylaş