• Təqvim

  • Maraq



“Zəfər” respublika yaradıcılıq-festival müsabiqəsinin qalibləri ilə görüş olub


“Zəfər” respublika yaradıcılıq-festival müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov, idarə əməkdaşları, məktəb direktorları, şagirdlər və valideynlər iştirak ediblər.

Qeyd edək ki, festival-müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyət və incəsənətin təbliği, uşaqları vətənpərvərlik, adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla anmaq, Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gəncləri maarifləndirməkdir.

Anar Məcidov çıxışında müsabiqə qaliblərini təbrik edərək tədbirin əhəmiyyətindən bəhs edib, son illərdə ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini və onların bilik və bacarıqlarının inkişafı istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayıb.

Sonra şagirdlərə Elm və Təhsil Nazirliyi tərəfindən göndərilən Fəxri Fərman və hədiyyələr təqdim edilib. 

“Zəfər” respublika yaradıcılıq-festivalında 14 nəfər şagird müxtəlif istiqamətlər üzrə Qazax-Tovuz Regional Təhsil İdarəsini təmsil edib. Qazax rayonundan 4 nəfər məktəbli festivala qatılıb. Festivala qatılanlardan beşi I yerə, biri II yerə, ikisi isə III yerə layiq görülüb. 

Qeyd edək ki, yaradıcılıq nailiyyətlərinə görə 1-ci yerə layiq görülmüş 5 nəfərdən 2 nəfəri Qazax məktəbliləridir. 

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 9d sinif şagirdi Budaqov Məhəmməd Aqil oğlu “Vokal” nominasiyası üzrə 1-ci yerin qalibi olub.

Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Alıyeva Aydan Vüsal qızı isə “Toxuma və bədii tikmə” nominasiyasında 1-ci yerə layiq görülüb. 

Şagirdlərimizi təbrik edir, uğurlar arzu edirik!



Facebook-da paylaş