• Təqvim

  • Maraq



Azərbaycan xalqı əbədi olaraq Ulu Öndər Heydər Əliyevlə fəxr edəcək


Ömrünün 34 ildən çoxunu bütün varlığı ilə sevdiyi xalqına xidmətdə keçirən, canından çox sevdiyi Azərbaycanın çiçəklənməsi və inkişafı üçün əfsanəyə bənzər layihələrin reallaşdırılmasına imza atan Heydər Əliyevin hər əməli, hər ayı, hər günü bizim üçün ümid ünvanı idi. Onun siyasi kursu xalqımızın xoşbəxt gələcəyinin etibarlı təminatçısı oldu. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər Azərbaycanın   tarixində yeni eranın bünövrəsini qoydu. Dünya tarixində yeganə şəxsiyyətdir ki, Heydər Əliyev, həm ölkəni və xalqı uçurumdan xilas etdi, həm də sivil dünya birliyində qəbul olunmuş normalar çərçivəsində dövlət qura bildi. Ulu Öndərin titanik fəaliyyəti təkcə XX əsrlə məhdudlaşmadı, XXI əsrdə də ölkəmizin uğurları, xalqımızın qazanacağı nailiyyətlər Heydər Əliyevin adı, böyük amalları və əməlləri ilə bağlı olacaqdır. Çünki müasir Azərbaycan Heydər Əliyevin dühasının bəhrəsidir və bu dühanın yaratdığı, adına “Azərbaycan” dediyimiz coğrafi məkan əbədi olaraq yaşayacaqdır. Heydər Əliyev hələ sağlığında elə bir zirvəyə yüksəlmişdi ki, dünyanın harasından baxılsa o zirvə gözlərimizi oxşayır. Ölkəmizin harasına getsək orada böyük öndərimizin özünü, sözünü, izini görürük. Haqlı olaraq Azərbaycan xalqı əbədi olaraq Heydər Əliyevlə fəxr edəcək. Ümummilli Liderimizin təqiblərə sinə gərərək çox böyük əziyyətlə qurduğu dövlətimiz daim yaşayacaq. Xalqımız Heydər Əliyev siyasətinin bəhrəsini görür və bundan sonra da görəcəkdir. Ona görə də Ümummilli Liderimizin ürəklərimizdə, qəlbimizdə ucaltdığımız əbədiyyət heykəlinin qarşısında onun miras qoyub getdiyi siyasi xəttə həmişə sadiq qalacağımıza and içirik. Bütün həyatı Azərbaycan olan əbədi liderimiz, ruhun şad olsun! 

Dekabrın 10-da “Aztelekom” MMC-nin Qərb Regional Filialının Qazax Şöbəsinin, “Azərpoçt” MMC-nin Tovuz Regional Poçt filialının Qazax Müştəri Xidmətləri şöbəsinin, Qazax rayon Mədəniyyət Mərkəzinin, Qazax Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun rəhbər və əməkdaşları, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon İcra Hakimiyyəti Yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin, Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin, Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin, Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin, Qazax rayon Abbasbəyli kənd ibtidai məktəbin, Qazax rayon Məzəm kənd ibtidai məktəbin, Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin, Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin, Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin, Qazax rayon Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbin, Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor, müəllim və şagirdləri Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində dahi şəxsiyyətin xatirəsini ehtiramla anaraq Mərkəzi ziyarət ediblər. Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib, film və “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisi nümayiş etdirilib.



Facebook-da paylaş