Səyyar görüş zamanı qaldırdığımız problem həll olundu
Respublika mətbuatı Qazax haqqında
Ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir. Bunu kəndimizdə keçirilən səyyar görüş zamanı qaldırdığımız problemlərin həllində bir daha gördük.
Görüş zamanı RİH-in başçısına bildirdim ki, rayonun "Alma bağı" adlanan ərazisində yaşayan sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında problemlər var. Rayon icra hakimiyyətinin başçısı müraciəti dinlədikdən sonra aidiyyəti təşkilata göstəriş verdi və problemin qısa vaxt ərzində həll olunması üçün tədbirlər görməyi tapşırdı. Çox çəkmədi ki, problem həll edildi - əraziyə yüksəkgərginlikli elektrik transformatoru qoyuldu.
Hörmətli redaksiya! Biz kənd sakinləri səyyar görüş zamanı qaldırdığımız problemin müsbət həll olunmasını dövlətin öz vətəndaşlarına olan diqqəti kimi dəyərləndiririk. Bu bir də onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğunun təminatı dayanır.
Kərəm NƏBİYEV,
Qazax rayonunun Hüseynbəyli kənd sakini
“Azərbaycan” qəzeti, səhifə 11
13 dekabr 2024-cü il
Facebook-da paylaş