• Təqvim

  • Maraq



Gənclər bu dəfə "Alma almaya bənzər" filmini müzakirə ediblər


Mayın 23-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsində fəaliyyət göstərən "Müzakirə" klubunda gənclər "Alma almaya bənzər" filmini müzakirə ediblər.

Film rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmidir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib.

Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quluyeva və Hacıbaba Bağırov ifa ediblər.

GOYEZEN.AZ



Facebook-da paylaş