Gənclər bu dəfə tanınmış teatr və kino aktyoru Həsən Məmmədovun yaradıcılığını müzakirə ediblər
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nun növbəti onlayn görüşü
keçirilib. Gənclər onlayn görüşdə tanınmış teatr və kino aktyoru
Həsən Məmmədovun yaradıcılığını müzakirə ediblər. Kinoda
çəkildiyi çoxsaylı rollar aktyorun yaradıcılığında xüsusi yer tutur. Qeyd
olunub ki, "Böyük dayaq" (Qaraş), "Gün keçdi" (Oqtay),
"Yeddi oğul istərəm" (Bəxtiyar), "Arşın mal alan" (Əsgər),
"İstintaq" (Murad), "Alma almaya bənzər" (Qurban) və
"Həm ziyarət, həm ticarət" (Əlimurad) kimi filmlərdə yaddaqalan
rollar ifa edib. Klub üzvləri görüşdə Həsən
Məmmədovun filmlərdə yaratdığı özünəməxsus ifa manerası ilə seçilən obrazları
barədə fikirlərini bölüşüblər. GOYEZEN.AZ
Facebook-da paylaş