Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə tanınmış teatr və kino aktyoru Həsən Məmmədovun yaradıcılığını müzakirə ediblər

Gənclər bu dəfə tanınmış teatr və kino aktyoru Həsən Məmmədovun yaradıcılığını müzakirə ediblər


24-12-2021, 15:08


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nun növbəti onlayn görüşü keçirilib. 

Gənclər onlayn görüşdə tanınmış teatr və kino aktyoru Həsən Məmmədovun yaradıcılığını müzakirə ediblər. Kinoda çəkildiyi çoxsaylı rollar aktyorun yaradıcılığında xüsusi yer tutur. Qeyd olunub ki, "Böyük dayaq" (Qaraş), "Gün keçdi" (Oqtay), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Arşın mal alan" (Əsgər), "İstintaq" (Murad), "Alma almaya bənzər" (Qurban) və "Həm ziyarət, həm ticarət" (Əlimurad) kimi filmlərdə yaddaqalan rollar ifa edib.

Klub üzvləri görüşdə Həsən Məmmədovun filmlərdə yaratdığı özünəməxsus ifa manerası ilə seçilən obrazları barədə fikirlərini bölüşüblər.

GOYEZEN.AZ


Geri qayıt