"Kitab klubu"nun növbəti onlayn görüşü keçirilib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti onlayn görüşü
keçirilib.
Gənclər görüşdə Xalq yazıçısı Əzizə Cəfərzadənin həyat
və yaradıcılığını müzakirə ediblər. Görüşdə qeyd olunub ki, görkəmli yazıçı,
ədəbiyyatşünas Əzizə Cəfərzadənin bədii yaradıcılığı Azərbaycan tarixi nəsrində
özünəməxsus yer tutur. Yazıçının müxtəlif tarixi mövzulu əsərləri janr
baxımından da rəngarəng, ideyaca diqqətəlayiq nümunələrdir. Onun
tədqiqatları isə Azərbaycan filoloji fikrinin zənginləşməsinə və inkişafına
ciddi töhfələr kimi dəyərləndirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş