• Təqvim

  • Maraq



“Kitab klubu”nda ədəbiyyatsevər gənclər Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” əsərini müzakirə ediblər


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Kitab klubu”nda növbəti görüş keçirilib. Ədəbiyyatsevər gənclər bu dəfə Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı” əsərini müzakirə ediblər.

Klub üzvləri ilk olaraq görkəmli ədibin həyat və yaradıcılığı barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında kiçik hеkayə janrının görkəmli yaradıcılarından biri kimi tanınmış Y.V.Çəmənzəminli еyni zamanda iri həcmli əsərlər müəllifidir. 

Yazıçının "Qızlar bulağı” əsəri isə ədəbiyyatımızda ilk tarixi-fəlsəfi rоmandır. Dоğma xalqının talеyi və tarixi Yusif Vəziri ömrü bоyu düşündürmüş, O, bu xalqın mənşəyini, uzaq zamanların qaranlığında itən köklərini arayıb axtarmış və rоmanda özünəməxsus baxımdan əks еtdirmişdir. 

Yekunda "Kitab klubu"nun növbəti görüşündə Fyodor Dostoyevskinin "Qumarbaz” romanının müzakirəyə çıxarılması qərara alınıb.







GOYEZEN.AZ



Facebook-da paylaş