"Kitab klubu"nda gənclər Con Steynbekin "Siçanlar və adamlar" əsərini müzakirə ediblər
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində fəaliyyət göstərən "Kitab klubu" növbəti dəfə toplanıb. Gənclər Con Steynbekin "Siçanlar və adamlar" əsərini müzakirə ediblər.
Tədbirdə Qazax Dövlət Dram Teatrının rejissoru Allahverdi Musayev və aktyor Yusif Qoca da iştirak edib.
Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb.
Kitabsevərlər növbəti görüşdə Albert Kamyunun "Yad" əsərinin müzakirə olunmasını planlaşdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş