Əsas Səhifə > Gənclər > "Kitab klubu"nun növbəti onlayn görüşü keçirilib

"Kitab klubu"nun növbəti onlayn görüşü keçirilib


29-10-2021, 19:29


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti onlayn görüşü keçirilib.

Gənclər görüşdə Xalq yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığını müzakirə ediblər. Görüşdə qeyd olunub ki, görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin bədii yaradıcılığı Azərbaycan tarixi nəsrində özünəməxsus yer tutur. Yazıçının müxtəlif tarixi mövzulu əsərləri janr baxımından da rəngarəng, ideyaca diqqətəlayiq nümunələrdir. Onun tədqiqatları isə Azərbaycan filoloji fikrinin zənginləşməsinə və inkişafına ciddi töhfələr kimi dəyərləndirilir. 



 

GOYEZEN.AZ


Geri qayıt