• Təqvim

  • Unutma

  • Maraq



Gənclər görüşdə rejissor Həbib İsmayılovun "Ögey ana" filmini müzakirə ediblər

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nda növbəti film müzakirəsi keçirilib.

Gənclər görüşdə rejissor Həbib İsmayılovun "Ögey ana" filmini müzakirə ediblər. Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın doğmalığından bəhs edilir. Müzakirələrdə qeyd olunub ki, bu ekran əsəri Azərbaycan film tarixinin ən qiymətli incilərindəndir. 

Klub üzvləri görüşdə həmçinin filmin süjet xətti və obrazlar barədə fikirlərini bildiriblər.

 

GOYEZEN.AZ



Facebook-da paylaş