• Təqvim

  • Unutma

  • Maraq



"Kino klubu"nda növbəti film müzakirəsi keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nda növbəti film müzakirəsi keçirilib.

Gənclər onlayn görüşdə görkəmli rejissor Həsən Seyidbəylinin 1976-cı ildə çəkilmiş "Xoşbəxtlik qayğıları" filmini müzakirə ediblər. Filmdə insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edilir.

Klub üzvləri görüşdə filmin süjet xətti və obrazlar barədə fikirlərini bölüşüblər.





 

GOYEZEN.AZ



Facebook-da paylaş