“Mədəniyyət klubu”nda növbəti film müzakirəsi olub
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti film müzakirəsi keçirilib.
Gənclər bu dəfə rejissor Elşən Zeynallının "Soyuq günəş" filmini müzakirə ediblər. Ləzgi xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərindən bəhs edən ekran işi 2020-ci ildə izləyicilərə təqdim olunub.
Klub üzvləri görüşdə filmin süjet xətti və obrazlar barədə fikirlərini bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş