Qazaxlı gənclər Xalq yazıçısı İsmayıl Şıxlının "Ölən dünyam" əsərini müzakirə ediblər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib.
Gənclər onlayn görüşdə Xalq yazıçısı İsmayıl Şıxlının "Ölən dünyam" əsərini müzakirə ediblər. Qeyd olunub ki, müəllif "Dəli Kür" romanını bitirdikdən sonra bu əsər üzərində çalışmış, materiallar toplamış, lakin mövcud şəraitə görə tarixi gerçəkliyi olduğu kimi verə bilməyəcəyini görərək bu fikrindən daşınmışdır. İsmayıl Şıxlı növbəti dəfə müstəqillik dövründə bu ideyasına qayıdır, özgürlüyün verdiyi imkanlardan istifadə edərək doğmalarının fədakar yardımı sayəsində romanı yazmağa başlayır və uğurla başa çatdırır.
Klub üzvləri bildiriblər ki, "Ölən dünyam" həqiqi roman təfəkkürünün məhsuludur. Burada hər epizod, hər təsvir, təfsilat və detal, obraz insan xəyalını çəkib uzaqlara aparır, onun düşüncəsinin alt və üst qatlarını oyadır.
GOYEZEN.AZ
Facebook-da paylaş