• Təqvim

  • Unutma

  • Maraq



“Mədəniyyət klubu”nda Mirzə Ələkbər Sabirin yaradıcılığı müzakirə olunub


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib.

Gənclər görüşdə Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin yaradıcılığını müzakirə ediblər. Sabir yaradıcılığının əsas tənqid hədəfinin zalım bəylər, yaltaq ruhanilər və satqın ziyalılar olduğu bildirilib. Klub üzvləri qeyd ediblər ki, Sabirin "Hophopnamə" adı ilə tanınan şeir kitabı milli bədii fikrin böyük abidəsidir. 

"Molla Nəsrəddin" ədəbi məktəbinin fəallarından biri kimi Sabir Azərbaycanla birlikdə Şərqin bir çox ölkələrindəki ədəbi inkişafa qüvvətli təsir göstərib, orijinallığı, böyük fikri-estetik qüvvəsi ilə seçilən poeziya məktəbi yaradıb.

GOYEZEN.AZ 



Facebook-da paylaş