“Mədəniyyət klubu”nda növbəti film müzakirəsi keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti film müzakirəsi keçirilib.
Gənclər rejissor, aktyor Ceyhun Mirzəyevin yaradıcılığını müzakirə ediblər. Görüşdə qeyd olunub ki, rejissor "Əsl dost" (1959), "Matteo falkone" (1960), "Bakıda küləklər əsir" (1974), "Yol əhvəlatı" (1980), "Qanlı zəmi" (1984), "Lətifə" (1989) filmi də daxil olmaqla 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır. "Mozalan" satirik kinojurnalında bədii rəhbər işlədiyi müddətdə rejissor kimi 100-dən çox süjet çəkibdir.
Lakin rejissora ən böyük uğuru "Fəryad filmi" gətirir. 90-cı illər nəsli üçün isə Ceyhun Mirzəyev adı "Fəryad" filmi ilə bərabər çəkilir.
Klub üzvləri görüşdə Ceyhun Mirzəyevin filmlərinin süjet xətti və obrazları barədə fikirlərini söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş