"Kino klubu"nda bu dəfə "Həm ziyarət, həm ticarət" filmi müzakirə edilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nda növbəti film müzakirəsi keçirilib.
Gənclər onlayn görüşdə görkəmli rejissor Rasim Ocaqovun 1995-ci ildə ekranlara çıxan "Həm ziyarət, həm ticarət" filmini müzakirə ediblər. Filmdə bazar iqtisadiyyatının qanunlarından xəbərsiz olan, ticarətlə məşğul olmaq istəyən coğrafiya müəllimi Mustafanın başına gələn uğursuzluqlardan bəhs edilir.
Klub üzvləri görüşdə filmin süjet xətti və obrazlar barədə fikirlərini bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş