Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə "Alma almaya bənzər" filmini müzakirə ediblər

Gənclər bu dəfə "Alma almaya bənzər" filmini müzakirə ediblər


24-05-2022, 13:50


Mayın 23-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsində fəaliyyət göstərən "Müzakirə" klubunda gənclər "Alma almaya bənzər" filmini müzakirə ediblər.

Film rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmidir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib.

Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quluyeva və Hacıbaba Bağırov ifa ediblər.

GOYEZEN.AZ


Geri qayıt