"Ulu Öndər və gəncliyimİZ" layihəsi çərçivəsində gənclər Qazax Rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
"Gənclərimiz milli ruhda
tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir” Ümummilli Lider Heydər Əliyev. Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Ulu Öndər və gəncliyimİZ"
layihəsi çərçivəsində bir qrup gəncin Qazax Heydər Əliyev Mərkəzinə
ekskursiyası təşkil olunub. Ekskursiya
zamanı Heydər Əliyev Mərkəzinin bələdçisi gəncləri Ümummilli Lider Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış edib, həmçinin
Ulu Öndərin gənclər siyasətində misilsiz xidmətləri barədə onlara məlumat
verib.
GOYEZEN.AZ
Facebook-da paylaş