Qazaxda Ulu Öndərin anım gününə həsr olunmuş "Heydər Əliyev və gənclər siyasəti" başlığı altında dəyirmi masa keçirilib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyi, Bakı Dövlət Universitetinin Qazax
filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə
"Heydər Əliyev və gənclər siyasəti" başlığı altında dəyirmi masa
keçirilib. "Ulu Öndər və
GəncliyimİZ" layihəsi çərçivəsində filialda baş tutan tədbirdə əvvəlcə
dahi liderin büstü önünə gül dəstələri qoyulub. Tədbirdə Bakı Dövlət
Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl
Süleymanov və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və
Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış ediblər. Natiqlər gənclərimizin bir fərd, əsl Azərbaycan
vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi,
misilsiz xidmətləri olduğunu bildiriblər. Qeyd olunub ki, Ulu Öndərin zəngin və
möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Tədbirdə
söz alan Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Elşad Əliyəv
və Zahid Ziyadov gəncliyə göstərilən qayğının onları daha da məsuliyyətli
etdiyini və ölkəmizin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini
vurğulayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş