Əsas Səhifə > Gənclər > Qazaxda Ulu Öndərin anım gününə həsr olunmuş "Heydər Əliyev və gənclər siyasəti" başlığı altında dəyirmi masa keçirilib
Qazaxda Ulu Öndərin anım gününə həsr olunmuş "Heydər Əliyev və gənclər siyasəti" başlığı altında dəyirmi masa keçirilib11-12-2021, 19:18 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və gənclər siyasəti" başlığı altında dəyirmi masa keçirilib. "Ulu Öndər və GəncliyimİZ" layihəsi çərçivəsində filialda baş tutan tədbirdə əvvəlcə dahi liderin büstü önünə gül dəstələri qoyulub. Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış ediblər. Natiqlər gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olduğunu bildiriblər. Qeyd olunub ki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Tədbirdə söz alan Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Elşad Əliyəv və Zahid Ziyadov gəncliyə göstərilən qayğının onları daha da məsuliyyətli etdiyini və ölkəmizin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.
GOYEZEN.AZ Geri qayıt |