• Təqvim

  • Maraq



Ümummilli Liderin anım gününə həsr olunmuş "Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği" mövzusunda dəyirmi masa keçirilib


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları "Açıq qapı" günləri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgi ilə tanış olublar. Ulu Öndərin müstəqil və suveren Azərbaycan üçün apardığı mübarizələrdən, göstərdiyi fədakarlıqlardan bəhs edən film izləyiblər.




Sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qazax GİKM-nin təhsil ocağı ilə birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Qazax GİKM-nin direktoru İsmayıl Süleymanov, Kollecin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva və tarix müəllimi Tərlan Bədəlova öz çıxışlarında Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət etdiyini xüsusilə vurğulayıblar. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu gənclər siyasətinin bu gün onun layiqli davamçıları ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla yerinə yetirildiyini diqqətə çatdırıblar. Bunun bariz nümunəsi olaraq da ən son bu ilin 2 fevralından Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərini (GİKM) göstəriblər. Gündən-günə sayı artırılan GİKM-nin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını qeyd ediblər.

Tədbirin sonunda Kollecin tələbələri Tutu Qocayeva və Bayram Məmmədli Ulu Öndərə həsr olunmuş şeirlər səsləndiriblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş